"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir


Müsavat Partiyasının qərargah-mənzilində "Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir.

Cümə günü aksiya iştirakçısı, Müsavat Partiyasının idarə heyətinin üzvü Tofiq Yaqublunun Turan-a verdiyi məlumata görə, bu gün Sənubər Heydərova aksiyaya qoşulub.

Yanvarın 4-də aclığa başlayan Yaqublu ilə yanaşı, aksiyada ayın 6-dan ona qoşulmuş Elşad İsrafilli, Fuad Rəhimli, Mübariz Fətullayev və Rövşən Niftalızadə iştirak edirlər.

Bundan başqa, yanvarın 9-da Natiq İsrafil də aclığı davam etdirir.

Aksiya bloger Mehman Hüseynova qarşı yeni cinayət işi və onun aclıq elan etməsi ilə əlaqədar başlayıb.
Turan

11-01-2019, 00:17