Mehman Hüseynov mövzusunda açıq söhbət

Şrift : |
Tarix :11-01-2019, 02:00
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 39 dəfə
Like :
Like :

    AXCP sədri Əli Kərimli blogger Mehman Hüseynovun müdafiəsi ilə bağlı yeni çağırış edib. AXCP sədrinin feysbuk səhifəsində paylaşdığı çağırışı təqdim edirik:

    Mehman Hüseynov mövzusunda açıq söhbət

    Dostlar, orası düzdür ki, Mehman Hüseynovun həbsdəykən 2-ci dəfə şərlənməsi cəmiyyətimizi silkələyib, demokratik düşərgəni vahid məqsəd ətrafında xeyli dərəcədə birləşdirib, prosesə yeni-yeni insanlar qoşulub, ictimai qınaq hakimiyyəti küncə sıxıb. Lakin o da düzdür ki, Mehman Hüseynovu və digər siyasi məhbusları xilas etmək üçün cəmiyyət olaraq hamımızın birlikdə etdiklərimiz hələ də azdır. Birlikdə nəzər salaq.
    Mehman Hüseynovun aclığı davam etdirdiyi bu 15 gündə nə etmişik? Sosial şəbəkələrdə güclü virtual kampaniya aparılıb, Bakı şəhərində 2 piket cəhdi olub, 7-ci gündür ki, aclıq aksiyası davam edir, Avropada bir neçə etiraz aksiyası olub. Berlində bu gün keçirilən aksiya da çox önəmli idi. Etiraf edək ki, çox deyil. Ancaq hələ cəmisi bu qədər iş xeyli nəticə verib. Əvvəla, beynəlxalq birlik sözünü deməyə başlayıb. AŞ PA və ABŞ senatoru Marko Rubionun ardınca Fransa XİN-i və Böyük Britaniya parlamentariləri Mehman Hüseynova azadlıq tələb etdilər, dünyaca məşhur “The Washington Post” və “Deutsche Welle” Mehman Hüseynovla bağlı məqalə dərc etdi, İlham Əliyevə çox sərt çağırış etdi. Avropa Şurası İnsan Haqları Komissarı və ATƏT-in KİV üzrə nümayəndəsi Mehman Hüseynovun dərhal azad olunmasını istədi. Rejim daxili və xarici təzyiqlər qarşısında xeyli sarsıldı, izahat verməyə, gərginliyi azlatmaq üçün gedişlər etməyə zərurət duydu…
    Dostlar, aydın deyilmi ki, biz daha çox etsək, bütün dünya Mehman Hüseynovdan, bizim siyasi məhbuslardan və Azərbaycandakı sülalə rejimindən danışacaq, biz daha kütləvi mübarizə aparsaq, rejim daha çox sarsılacaq, hakimiyyət daxilində mərkəzdənqaçma tendensiyasi və məğlubiyyət ovqatı güclənəcək?
    Biz toplum olaraq tez yorulub, ruhdan düşməli deyilik. Hələ nə qədər tədbirlər keçirmək olar. Bakıda, Azərbaycanın rayonlarında insanlar ən müxtəlif qanuni vasitələrlə Mehmana dəstəklərini ifadə edə bilərlər, aclıq aksiyası daha da genişlənə bilər. Avropa və bütün dünyada, daha azad şəraitdə yaşayan həmvətənlərimiz nədən daha kütləvi və daha çoxsaylı aksiyalar keçirməsin? Nədən Mehman Hüseynovun şəkilləri və ona azadlıq şüarları bütövlükdə Azərbaycanı və bütün dünyanı bəzəməsin? İstedadlı gənclərimiz Mehmanın əvəzindən, ya da onun mübarizəsini işıqlandıran onlarla, yüzlərlə videoroliklər, plakatlar hazırlaya bilməzmi? Mən bütün kreativ, yeni texnologiyalardan məharətlə istifadə edən gəncliyi iş başına dəvət edirəm.
    Mehman Hüseynovu xilas etməliyik! Həm də unutmamalıyıq ki, Mehman Hüseynov uğrunda mübarizə, hazırda həm də bütün siyasi məhbuslar və hətta ölkənin taleyi uğrunda mübarizədir!

    /Azadliq.org/


Xəbər lenti

Hüquq müdafiəçisi KXCP üzvlərini 19 yanvar mitinqinə çağırdı

Avtomagistrallarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

“Sədr kimi vəzifədən getmişəmsə...” - Arif Alışanov

"Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb" - Q.Paşayeva

Rusiya XİN Azərbaycanla qalmaqalı qızışdırır

Ədliyyə Nazirliyində ixtisar olacaq?

Fəalların təzyiqə məruz qaldığını bildirilir

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!