DAS-çıların qohumlarına qarşı təzyiqlər davam edir


"DAS təşkilatının regional E.Şirəliyevin qaynı, Füzuli rayon sakini Ruslan Adilov polis şöbəsinə aparılıb”.

“Mehman Hüseynova qarşı edilən təzyiqlərə etiraz edənləri xaricdə “zərərsizləşdirməyə” gücü çatmayan Azərbaycan hökuməti adəti üzrə yenə də onların qohumları vasitəsilə susdurulmasına nail olmaq istəyir”- Bu sözləri Almaniyada siyasi fəallar tərəfindən yaradılmış DAS təşkilatının koordinatoru Rafiq Təmrazov 10 yanvar 2019-cu il tarixdə Berlində Azərbaycan Respublikasının Səfirliyi önündə keçirilən mitinq barəsində məlumt verərkən bildirmişdir.

R.Təmrazov bildirdi ki: “Mitinqin təşkilatçılarından biri, DAS təşkilatının regional koordinatoru, “Korrupsiyaya yox de” Facebook profilinin sahibi Elmir Şirəliyevin qaynı mitinqdən sonra saxlanılmışdır.

Mitinqdə Azərbaycan hakimiyyəti əleyhinə etiraz səslənmiş, Mehman Hüseynovun, o cümlədən digər siyasi məhbusların dərhal azad edilməsi üçün çağırışlar səsləndirilmişdir. Buna görə də mitinqə həm təşkilatçılıq edən, həm də mitinqin ictimai yayımını bilavasitə təmin edən E.Şirəliyevin qaynı, Füzuli rayon sakini Ruslan Adilov polis şöbəsinə aparılıb”.

DAS koordinatoru R.Təmrazov son dövrlər DAS təşkilatı üzvlərinin qohumlarına qarşı Azərbaycanda “xüsusi münasibət” sərgilənir: “2018-ci ilin yayında yaradılmış DAS təşkilatı kütləvi olaraq bir neçə siyasi aksiya təşkil etmiş, hər dəfə də üzvlərimizin Azərbaycanda qohumlarına qarşı təzyiqlər göstərilmişdir. Hal-hazırda DAS üzvlərinin təqribən 20 nəfərinin ailə üzvləri və qohumlarına qarşı bu və ya digər formada təzyiqlər tətbiq edilmişdir”
Müsahinimiz sonda bunları dedi: “mitinq ayın 11-də də davam edəcək və DAS üzvləri heç də öz yollarından geri çəkilmək fikrində deyillər”.

11-01-2019, 20:35