"Bloger Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə keçirilən aclıq aksiyası dayandırılıb


Müsavat Partiyasının qərargah-mənzilində "Bloger Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə yanvarın 6-dan keçirilən aclıq aksiyası dünən axşam dayandırılıb.

Bu barədə Turan agentliyinə aksiya iştirakçılarından biri, siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədov bildirib.

Onun sözlərinə görə, aksiya Xalq Cəbhəsi və Müsavat partiyalarının liderlərinin müraciətləri, habelə vətəndaşların çoxsaylı müraciətləri ilə əlaqədar dayandırılıb.

"Bundan əlavə, Mehman Hüseynov barəsində yeni cinayət işinə də xitam veriləcəyi gözlənirdi. Yəni, məqsədlərdən birinə qismən də nail olundu", deyə Əhmədli bildirib.

Xatırladaq ki, bu gün Baş Prokurorluq Mehman Hüseynova qarşı yeni cinayət işinə xitam verildiyini bildirib

22-01-2019, 02:25