BÖLMƏLƏR


«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

"Elçibəyin kölgəsinə sığınıb şan- şöhrət, imtiyaz, pul, mandat, vəzifə davası aparırlar" -OQTAY GÜLALIYEV

38
  • + A
  • - A
  • "Elçibəyin kölgəsinə sığınıb şan- şöhrət, imtiyaz, pul, mandat, vəzifə davası aparırlar" -OQTAY GÜLALIYEV
    Oqtay Gülalıyev: "Hazırda xeyli partiyalar, taşkilatlar var ki, özünə "Elçibəyçi" deyirlər. Həmin təşkilatın sədrləri başları üstündən Elçibəyin böyük portretini asıb. "Elçibəy mənim atamdır, dədəmdir" deyirlər. Amma Elçibəyin sadiq, ləyaqətli, dürüst, döyüşçü icra baçılarından olmuş Saleh Rüstəmovun müdafiə olunması ilə bağlı bir kəlmə danışmadılar, səsləri gəlmədi"
    "Bir neçə gün öncə Gədəbəydə səfərdə oldum. KXCP- nin yerli rayon şöbəsinin konfransında iştirak etdim. Milli Azadlıq Hərəkatının iştirakçısı olmuş, torpqalarımızın erməni işğalçılarından qorunmasında yaxından iştirak etmiş dəyərli insanlarla bir neçə saat bir yerdə olmaq fürsəti əldə etdim. Maraqlı söhbətlərimiz oldu. Hazırda həbsdə olan, Gədəbəy rayonunun Elçibəy hakimiyyəti dönəmində icra başçısı işləmiş Saleh Rüstəmovla bağlı danışdıq. Orda gördüyüm bütün insanlar keçmiş icra başçısı barədə yüksək fikirlər söylədilər. Onun tezliklə azadlığa çıxmasını arzuladılar. Çox gözəl. Amma məni başqa bir şey düşündürdü və narahat etdi...
    Hazırda Əbülfəz Elçibəyin anadan olmasının 80 illiyi ilə bağlı ona sadiq olanlar da, dönük çıxıb yolunu, mübarizəsini 3- 5 quruşa, mandata satanlar da ondan danışır. "Elçibəyçiyəm" deyirlər. Maraqlıdır, Elçibəyin ən sadiq, layiqli icra başçılarından biri olmuş Saleh Rüstəmov şərlənib həbs olundu. Onu "bandotdel" deyilən yerdə çarmıxa çəkdilər, özünə və qardaşı oğluna ağır işgəncələr verdilər. Ailə üzvləri ilə təhdid etdilər. Vəkili ilə görüşünə imkan vermədilər. Haqqını- hüququnu tapdadılar. Görəsən Elçibəy komandasının neçə üzvü və indi yaxasını cırıb özünə "Elçibəyçi" deyənlərdən neçə nəfər onu müdafiə etdi?
    Hazırda xeyli partiyalar, taşkilatlar var ki, özünə "Elçibəyçi" deyirlər. Həmin təşkilatın sədrləri başları üstündən Elçibəyin böyük portretini asıb. "Elçibəy mənim atamdır, dədəmdir" deyirlər. Amma Elçibəyin sadiq, ləyaqətli, dürüst, döyüşçü icra baçılarından olmuş Saleh Rüstəmovun müdafiə olunması ilə bağlı bir kəlmə danışmadılar, səsləri gəlmədi. Biz Saleh bəylə bağlı yazdıq, haray çəkdik. "Bandotdel"- in qarşısına gedib onun haqqını tələb etdik, tədbir keçirdik. Amma nə yazıqlar ki, o adamların heç birini orda görmədik. Dəvət də etdik gəlmədilər. Görünən odur ki, hazırda meydanda görünənlərın böyük əksəriyyəti icazəli, saxta Elçibəyçilərdir...
    Elçibəyin istismarı bu gün də davam edir. Onun adına, kölgəsinə sığınıb şan- şöhrət, imtiyaz, pul, mandat, vəzifə davası aparırlar. Elçibəyə sağlığında iftira atıb təhqir edənlər, onun özünə, yoluna, mübarizəsinə xəyanət edənlərlə bir yerdə Elçibəyin doğum gününü qeyd edirlər. Amma unudurlar ki, onlar heç kimi aldada bilməzlər, yalnız özlərindən başqa. Xalq, cəmiyyət hamını çox gözəl tanıyır.
    Elçibəyçilik başı üzərindən onun portretini asıb özünə "Elçibəyçi" demək deyil. Elçibəyçilik həm də onun mübarizəsini davam etdirmək, ideyasına, dəyərlərinə, silahdaşlarına, əqidadaşlarına sahib çıxmaqdır. Onları qorumaq və hifz etməkdir...
    Elçibəy başda olmaqla bütün şəhidlərimizə, bu yolu səmimi gedib dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, Saleh Rüstəmov başda olmaqla şərlənib həbs olanlara azadlıq, mübarizəni davam etdirənlərə isə uğurlar arzulayıram!"

    Oqtay Gülalıyev, hüquq müdafiəçisi, KXCP sədrliyinə namizəd Sozcu.az