Əxlaqsızlıq yuvaları ictimai təhlükə mənbəyidir

Şrift : |
Tarix :12-02-2019, 01:48
Bölmə : Gündəm / Video
Kömək :    
Baxılıb : 68 dəfə
Like :
Like :

    Milli-mənəvi dəyərlərimizlə bir araya sığmayan, bir çox ailələrin dağılmasına səbəb olan, infeksion xəstəliklərin yayılmasının əsas mənbəyi sayılan əxlaqsızlıq yuvalarının artması ciddi sosial problem olaraq cəmiyyəti təhdid edir. Cəmiyyətdə nə baş vermişdir ki, bu sosial problem bizi təşvişdə saxlayır?

    Təxminən 15-20 ildir ki, televiziya ekranlarında yüngül həyat tərzini təbliğ edən layihələrin önə çıxması yeniyetmələrin və gənclərin, əhalinin orta yaşlı təbəqəsinin həyat tərzinə və psixologiyasına ağır zərbə vurmuşdur. Müqayisə üçün bildirək ki, özəl televiziyalarda yayımlanan verlişlərin 90 faizindən çoxu şoubiznes və reklamlara sərf olunur. Əhalini maarifləndirən, tariximizi, milli məişətimizi təbliğ edən layihələrə cüzi yer ayrılır.

    Eyni zamanda cəmiyyətin böyük çoxluğunun yoxsulluq həddində yaşaması, gənclərin maddi ehtiyaclarını təmin etmək istəkləri, mövcud iqtidarın cəmiyyətin sosial problemlərinə biganə yanaşması və iqtisadi bərabərsizlik əxlaqsızlıq yuvalarına üz tutanların sayını artırmışdır. Gündəlik yaşamaq ehtiyaclarını təmin etmək istəyən əxlaqsızlıq yuvaları deyilən bataqlığa sürüklənən qız və gəlinlərin taleyi bu sosial bəladan külli miqdarda qazanc götürənlər üçün əhəmiyyətsizdir. Bəzi məlumatlara görə əxlaqsızlıq yuvalarında narkotik vasitələrdən geniş istifadə olunur. Bir çox hallarda xarici ölkələrdən gizli yollarla gətirilən narkotik tərkibli psixotrop vasitələrin əxlaqsızlıq yuvalarında açıq-aşkar satışa çıxarıldığı bildirilir.

    Əxlaqsızlıq yuvalarında yüzlərlə insan bir çox infeksion xəstəliklərə, xüsusilə, Qazanılmış İmmun Çatışmazlığı Sindiromu ( #QiÇS ) xəstəliyinə yoluxurlar. Həmin xəstəliklərin daşıyıcıları həm də cinsi yollarla qazandıqları sindiromun cəmiyyət arasında yayılmasının əsas mənbələridir. Ölkədə göstərdiyimiz sindiromlarla bağlı xəstəliklər sürətlə yayılır. Bu onu göstərir ki, səhiyyə orqanlarının hazırladığı statistik məlumatlar reallıqla uzlaşmır.

    Bir müddət öncə Birləşmiş Ərəb Əmirliklərinin mətbuatında Azərbaycana turist səfərləri edən ərəb mənşəli vətəndaşların kütləvi surətdə QİÇS xəstəliyinə tutulmaları barədə dərc edilən məlumatlar bizim cəmiyyətdə yaşanan reallığın təzahürüdür.

    İctimaiyyətdən alınan məlumatlara görə Bakı şəhərinin Binəqədi rayonunda "İstanbul", "Clear", "Grand", Xətai rayonunda "Dalğa", Abşeron rayonunun Masazır qəsəbəsində "Ağ otel", "Romi", "Göyçə", "Qəbələ-Laza", Mehdiabad qəsəbəsibdə "Baxçasaray", Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində "Armada" və digər otel-mehmanxanalarda əxlaqsızlıq yuvaları davamlı olaraq fəaliyyət göstərir. Həmin otel-mehmanxanaların sahibləri yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərlərinə aylıq haqq verirlər. Buna görə də bu tipli otel-mehmanxanalarda qanunazidd, cəmiyyətə yabançı olan, milli şərəf və ləyaqətə ləkə gətirən əxlaqsızlıq yuvaları mövcuddur.

    Eyni zamanda qeyd etməliyik ki, bu tipli otel-mehmanxanaların fəaliyyətinin arxasında yüksək vəzifəli dövlət məmurları dayanır. İctimai təhlükə mənbəyi kimi Bakı şəhərində fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının otel-mehmanxanalardan yığışdırılmasına hüquq mühafizə orqanlarının rəhbərləri niyə göz yumur? Yerli icra hakimiyyəti və hüquq mühafizə orqanları niyə satın alınır? Ölkə rəhbərliyi cəmiyyəti təhdid edən bu sosial bəlaya dövlət səviyyəsində niyə münasibət bildirmir?!

    7GUN.az olaraq əxlaqsızlıq yuvalarının aşkarlanması üçün araşdırmalarımızı davam etdirəcək, xüsusi hesabat hazırlayaraq ölkə ictimaiyyətinə və beynəlxalq təşkilatlara məlumat verəcəyik .



Xəbər lenti

Biz Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq hər iki işin araşdırılması istiqaməyində fəalliyyətə başlamışıq

“Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”

“Sərhədsiz Reportyorlar” Mustafa Hacıbəylinin barəsində hökmü pisləyib

Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasındadır

Bərdə polisləri ilə maşın oğrusunu nə bağlayır?

Beyləqanın icra başçısından absurd asfalt fırıldağı

Harlem Dezirdən Azərbaycan hakimiyyətinə çağırış

Kollecdə “hökumət dəyişikliyi”

Pirallahı rayonunda problemlər

Enerji içkiləri hətta cinsi zəifliyə və sonsuzluğa səbəb olur

Mingəçevirdə bağçaların mövcud vəziyyəti

Araşdırmalarımız davam edir

Müşfiq Rəhimov məhkəməyə hörmətsizlik edir

Hava pisləşəcək, sulu qar yağacaq

Milli Şura fevralın 23-nə mitinq təyin etdi

Ölkə prezidenti Britaniya baş nazirinin ticarət nümayəndəsini qəbul edib

Şərafət Əliyev, “od olmayan yerdən tüstü çıxmaz”! -VİDEO

Uşaq bağçalarında və uşaq evlərində acınacaqlı vəziyyət mövcuddur

Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev niyə toxunulmazdı?

Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu ?

Gömrük şefi ictimai rəyi yayındırmağa çalışır

Ağsu rayonunda əhali su əvəzinə qaz içir?

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!