Hərbi Prokurorluqda ara qarışıb

Şrift : |
Tarix :21-06-2018, 08:31
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 217 dəfə
Like :
Like :

    Hərbi Prokurorluqda ara qarışıb
    Şəfaət İmranovun idarəçiliyi hərbi prokurorluqda acınacaqlı durum yaradıb; işçilər oradan qaçır.

    Hərbi Prokurorluqda ara qarışıb. Səbəb hərbi prokuror Xanlar Vəliyevin öz müavini Şəfaət İmranovu külli-ixtiyar sahibinə çevirməsidir. Sonuncu da öz növbəsində səlahiyyətlərindən geninə-eninə, ən başlıcası isə öz bildiyi kimi istifadə edir.


    Azeuronews.com yazır ki, hərbi sahədə qanunun keşiyində durmalı olan qurumda “piştaxta qanunları” hökm sürür. Hərbi prokurorun müavini Bakıda və rayonlarda qurduğu biznes şəbəkəsini idarə etdiyi üsulları Hərbi Prokurorluqda da tətbiq edir.

    Sirr deyil ki, Azərbaycanda iri məmurlar biznes fəaliyyəti ilə məşğuldurlar. Köhnə nazirlərin nəzarətində olan biznes şəbəkələri, iqtisadi sferalar var. Bu üzdən də ölkədə azad sahibkarlıq fəaliyyəti üçün heç bir şərait yoxdur. Nazir-oliqarxlar buna imkan vermir. Artıq bu məsələdə vəziyyət o həddədir ki, orta ranqlı – yəni Şəfaət İmranov çapında olan məmurlar da biznes imperiyası yaradırlar.

    Ekspertlər hesab edir ki, orta ranqlı məmurların biznes şəbəkəsi qurması daha təhlükəlidir. Çünki onlar orta və kiçik sahibkarlara birbaşa divan tuturlar, onların işləməsinə, azad biznesə, sağlam rəqabətə imkan vermirlər. Bir neçə il əvvəl Göyçayda səfərdə olan gunxeber.com müxbiri maraqlı məlumatlar toplaya bilmişdi. Müxbir yerli sakinlərlə söhbət zamanı öyrənmişdi ki, bu rayonda sadə adamların bizneslə məşğul olmasına imkan verilmir.

    Sakinlər demişdilər ki, bu rayonda icra başçısı Mansur Məmmədovun (artıq işdən çıxarılıb) adamları, onun qohum-əqrəbası göyçaylılara göz verib, aman vermir. Kimsə bu rayonda bir iş görmək istəsə, mütləq icra başçısının razılığını almalı və “haqq” verməlidir. Rayonda yalnız yüksək vəzifə tutan şəxslər hansısa iş görə bilir. Mənbə çox maraqlı bir faktı da açıqlamışdı.

    Sakinlərdən biri bildirib ki, 2013-cü ildə Göyçayda “Altın Kapı” restoranlar şəbəkəsinin filialı açılıb. Həmin restoran “Generalın restoranı” kimi məşhurdur və rayon rəhbərliyinə aid olan xeyli şəxslər burada yeyib-içirlər. Restoranın sahibi isə hərbi prokuror Xanlar Vəliyevin müavini, əslən Göyçaydan olan Şəfaət Aydın oğlu İmranovdur.

    Sakinlər deyiblər ki, Şəfaət İmranovun Bakıda da restoranları var, indi isə o biznes imperiyasını Göyçayadək genişləndirib. Mənbə deyib ki, Göyçaydakı “KİA Motors” (“Altın Kapı” restoranı ilə üzbəüzdür-red.) da Şəfaət İmranova məxsusdur. Əlbəttə, hüquqi və sənədləşmə baxımından bu biznes strukturları başqa şəxslərin adınadır. Ancaq Göyçayda hər kəs bilir ki, bu obyektlər general-mayor Şəfaət İmranovundur.

    Qeyd edək ki, Ş.İmranov 2009-cu ildən hərbi prokurorunun müavinidir. O, illərdir ki, biznes şəbəkəsindəki fəaliyyəti ilə Hərbi Prokurorluq sahəsindəki vəzifə səlahiyyətlərini sintez edir. Nəticədə isə generalın şəxsi biznesi genişlənir, ona etibar olunan dövləti işdə isə vəziyyət hər ötən gün qəlizləşir. Belə idarəçiliyin səsi-sorağı prokurorluq sisteminə yenicə qədəm basmış gənclərə də gedib çatıb.

    Gənclər Hərbi Prokurorluğın mundirini geyib xidmət aparmaqdan boyun qaçırırlar. Oradakı vəziyyətdən xəbərsiz olan stajorlar isə idarəçilikdən doğan dözülməz durumdan dolayı qısa müddət sonra oradan qaçırlar. Odur ki, bu gün Hərbi Prokurorluq qocalar evinə çevirilib, əldən düşmüş, çoxsaylı xəstəliklər buketi qazanmış heyət təqaüdə göndəriləcəkləri günün tezliklə yetişməsi arzuları ilə yaşayırlar. Şəfaət İmranovun isə belə bir qayğısı yoxdur. Ürəyindən 3 dəfə əməliyyat olunan hərbi prokuror müavini isə onun birbaşa iştirakı ilə eybəcər duruma salınan əcaib idarəçilik sükanı arxasındakı epizodik mövqeyini əldən verməmək üçün müxtəlif kombinasiyalar qurmaqdadır. Xüsusən hərbi prokuror səfərdə olduğu günlərdə Şəfaət İmranovun əl-qolu açılır. Belə idarəçilik Hərbi Prokurorluğu barıt çəlləyinə çevirib. Baş Prokurorluq təcili tədbirlər görməsə, böyük narazılıq alovu qaçılmazdır.

    7GUN.az


Xəbər lenti

Sozcu.az saytının rəhbəri Elşən Əlisoya qarşı təxribat həyata keçirilir

8 hərbi qulluqçunu xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirən şəxslərə 6 il həbs cəzası

Taleh Bağırzadənin həyat yoldaşı barədə rəsmi açıqlama

Müdafiə Naziri pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Alim istefa verdi və universiteti rüsvay etdi – İttiham

Elman Rüstəmov bir gecədə 450 milyonu necə qazanıb?

Prezident İlham Əliyevin Novruz təbriki

Ruhulla Axundzadənin və oğlunun aclıq etdiyi bildirilir

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!