Mehman Hüseynov azadlıqda


Həbsdə olan bloqqer Mehman Hüseynov azadlığa buraxılıb.

7GUN.az-in Report-a istinadən xəbərinə görə, onun 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası bu gün başa çatıb.

Bloqqer saxlandığı Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 2-dən həbsdə idi. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

1-03-2019, 22:21