BÖLMƏLƏR


«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

"Kələki bir məktəbdir" -Oqtay Gülalıyev

36
  • + A
  • - A
  • "Kələki bir məktəbdir" -Oqtay Gülalıyev
    Milli Azadlıq Hərəkatının lideri, eks -prezident Əbülfəz Elçibəyin doğum günü, "Türkçülük Günü" Əbülfəz bəyin doğma kəndi Kələkidə də böyük coşquyla qeyd edilib.
    Kələki kəndində keçirilən bayram tədbirində iştirak edən hüquq müdafiəçisi Oqtay Gülalıyev tədbirlə bağlı özünün feysbuk səhifəsində yazı paylaşıb.

    7GUN.az həmin yazını təqdim edir:

    "Kələki bir məktəbdir" -Oqtay Gülalıyev"Kələki səfərim başa çatdı. Uzun ayrılıqdan sonra bu kənddə olmaq, kəndin insanları ilə görüşmək, eləcə də 24 iyunda Əbülfəz Elçibəyin doğum günü ilə bağlı keçirilən tədbirdə iştirak etmək imkanım oldu. Tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Ədəbi- bədii hissəli tədbirdə yaxından- uzaqdan gəlmiş yüzlərlə şəxs cani- könüldən iştirak etdi. Elçibəylə bağlı çox təsirli, yadda qalan çıxışlar oldu, xatirələr söyləndi.
    Kənddə xeyli görüşlərim, ziyarətlərim oldu. Bu haqda növbəti yazılarımda qeyd edəcəm. Diqqətimi cəlb edən məqamlardan biri həmişəki kimi Kələki insanlarının sadəliyi, mehribanlığı, qonaqpərvərliyi və ölkədə baş verən hadisələrə çox diqqətlə və ədalətlə yanaşmaları oldu. Doğurdan da Kələki bir məktəbdir. Bu məktəbin əsasını Elçibəy qoyub. Kəndin sakinləri də Elçibəy kimi saf, dürüst, mehriban və ədalətpərəstdir. Onlar ölkə həyatında cərəyan edən hadisələri çox diqqətlə və həssaslıqla izləyirlər. Bütün məsələlərə çox dəqiq və obyektiv baxış sərgiləyirlər. Elçibəyin yoxluğunda Kələkidə olmaq nə qədər üzücüdürsə, kənd sakinlərinin Bəyə bağlılığı, inamlı, mübariz əhval- rühiyyədə olmaları o qədər ürək açan idi...
    Ölkəmizdə bir Kələki modeli var. İdeyaya, yola, liderə və mübarizəyə bağlı olmaq... Biz bu modeli bütün Azərbaycana yaya bilsək, ölkəmizə Kələki pəncərəsindən baxa bilsək yaxın zamanlarda köklü dəyişikliklərin şahidi ola bilərik".
    "Kələki bir məktəbdir" -Oqtay Gülalıyev