Şirzad Abdullayev büdcə vəsaitlərini necə mənimsəyir?

Şrift : |
Tarix :20-09-2019, 17:59
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 154 dəfə
Like :
Like :

    İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayevin himayə etdiyi şirkətlər Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına xaricdə şirkətlər açıblar.

    Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru işlədiyi dövrdə və indi də İqtisadiyyat Nazirliyində tutduğu yüksək vəzifə səlahiyyətlərindən sui-istifadə edən Şirzad Abdullayevin büdcə vəsaitləri hesabına özünə yaxın şirkətlərə verdiyi böyük məbləğdə güzəştli kreditlər Azərbaycan iqtisadiyyatına deyil, xarici ölkələrə fayda gətirməkdədir.

    Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən ən çox yararlanan “D.Fruit”, “Ecofruit” və “Ecodry” MMC-lərin sahibi olan İsaməddin Dəmirov Birləşmiş Ərəb Əmirliklərində “Al Faydah Foodstuf Trading” LLC adlı şirkət açıb. Şirkətin fəaliyyətin milyonlarla manat vəsait investisiya edilib. Şirkət Dubayda böyük soyuducu sistemi qurub.

    Hansı ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri birmənalı olaraq Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafı üçün nəzərdə tutulub.

    Qeyd edək ki, “D.Fruit”, “Ecofruit” və “Ecodry” MMC-lərin sahibi olan İsaməddin Dəmirov 2017-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərini “PaşaBank”dan kredit kimi götürüb. Bu kreditlərin təyinatı üzrə xərclənməsinə birbaşa məsul olan qurum da məhz “PaşaBank”dır. 7GUN.az xəbər verir ki, Aztoday.az-a daxil olan məlumatlara görə, Dəmirovlar qardaşları güzəştli şərtlərlə aldığı kreditləri belə “PaşaBank”a düz-əməlli ödəmir. Bunun üçün emal etdiyi meyvə həcmini az göstərməklə “PaşaBank”ı aldadır.

    Məlumata görə, “PaşaBank”ın rəhbər şəxslərdən biri də Dəmirov qardaşlarının kredit öhdəliklərinə əməl etməməsinə göz yumur və onların xaricə pul çıxarmasına şərait yaradır. Şirzad Abdullayevin himayə etdiyi şirkətlərin ölkə daxilindəki borc və kredit öhdəliklərini yerinə yetirməməsi, işçilərin əmək haqqısını vaxtlı-vaxtında verməməsi ilə bağlı AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, “D.Fruit”, “Ecofruit” və “Ecodry” MMC-lərin sahibi olan Dəmirov (İsaməddin, Dəmir və Əmir) qardaşlarının “Gilan” Holdinqə də borcu var və bu borcu mümkün olduğu qədər gecikdirməyə çalışır.

    Həmçinin, sözügedən şirkətlərin sosial ödəmələri də şəffaf deyil, işçilərin sayı və maaşların məbləği rəsmi qurumlara minimum həddə göstərilir. Hansı ki, Dəmirovlar qardaşlarının idarə etdiyi şirkətlərin real maliyyə vəziyyəti bütün borc öhdəliklərini vaxtında ödəməyə imkan verir. Onlar isə Azərbaycanda qazandığı vəsaitləri ölkədən çıxarmaqdadır.

    Müşahidələr göstərir ki, Şirzad Abdullayev və himayə etdiyi şəxslər xaricdə böyük biznes qurduqları səbəbindən Azərbaycandakı fəaliyyətlərinə son verib, birdəlik ölkəni tərk etmək niyyətindədir. Şirkətin borclu olduğu şəxslər də bu baxımdan narahatdır və rəsmi qurumlardan məsələyə qarışmasını tələb edirlər…

    7GUN.az


Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!