Təhsil Nazirliyində böyük saxtakarlıq… – Ceyhun Bayramova ünvanlanan suallar

Şrift : |
Tarix :20-09-2019, 18:22
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 206 dəfə
Like :
Like :

    Dərs ilinin yeni başlamasına baxmayaraq artıq məktəblərdən ilk “həyəcanlı” xəbərlər daxil olmaqdadır. Xüsusilə şəgirdlərin elektron formada məktəblərə qəbulu və yerdəyişməsi ilə bağlı çoxsaylı qanun pozuntuları və şikayətlərə rast gəlinir. Özlüyündə çox mütərəqqi və şəffaf bir qəbul forması təsiri bağışlayan elektron qəbul prosesində elə özbaşınalıqlara yol verilir ki, adamın deməyə sözü qalmır.

    7GUN.az-ın məlumatına görə Rubrika.az saytına müraciət edən valideyn bildirir ki, övladının S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasına yerdəyişməsi üçün 4 sentyabr tarixində elekteron formada müraciət edib. Saat 14:11-də ona müraciətinin qeydə alınması, 16:48-də isə sorğunun təsdiq edilməsi barəsində SMS daxil olub. Dərs ili başlayandan sonra şagird gimnaziyada dərslərə getməyə başlayıb. Bu gün isə məktəbin direktoru İlqar Talıbov sinfə gələrək şagirdə adının sistemdə olmadığını və məktəbə gəlməməsini bildirib. Qeyd etdiyimiz kimi şagirdin məktəbə qəbul edilməsi ilə bağlı müvafiq SMS valideynin telefonuna gəlib, onun sənədləri məktəbə təqdim edilib. Lakin, artıq bir neçə gündür ki, dərslərə gələn şagirdə qəflətən belə bir məlumat verilir və məktəbdən çıxarılır. Cənab nazir, bu uşağın psixikasına mənfi təsir etmirmi? Çox yəqin bir gün də olsun sinifə girməyən pedaqogikadan və psixologiyadan xəbəri olmayanların günahı üzündən bu körpə balalar həyatda ilk pxixoloji travmasını alır.

    Göründüyü kimi Təhsil Nazirliyində müvafiq sahəyə cavabdeh olan,bilavasitə rəhbərlik edən məmurların yarıtmaz fəaliyyəti nəticəsində xaotik bir vəziyyət yaranıb. Dərs ilinin başlanması ərəfəsində bu sahədə yaranan dəhşətli vəziyyət hamıya məlumdur. Valideynlər günlərlə Təhsil Nazirliyinin qarşısında növbə gözləyirdilər. Hətta şagirdlərin qəbulu və yerdəyişməsi zamanı kütləvi rüşvətxorluq halları da qeydə alınıb. Yəqin ki, cənab nazir C.Bayramov təkcə Təhsil Nazirliyi üçün deyil, bütün Azərbaycan təhsili üçün böyük eyib olan bu hadisələrə qarşı biganə qalmayacaq. Nazirlikdə bu sahəyə bilavasitə cavabdehlik daşıyan şəxslərin qanunsuz əməllərinə nəhayət ki, son qoyulacaq. Nəzərə alsaq ki, artıq valideynlərin narazılığı pik həddə çataraq ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək istəyirlərsə vəziyyətin heç də ürəkaçan olmadığını, bunun fəsadlarının ağır olacağını görməmək mümkün deyil. Yəqin ki, cənab nazir bütün bunları tezliklə nəzərə alacaq.

    Rubrika.az saytı xatırladır ki, S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası öz keçmiş direktoru, sabiq deputat, “nurçuların” Azərbaycanda böyük himayədarı Ceyhun Osmanlının anası Xuraman Osmanovanın zamanından medianın “ulduzudur”. Az qala “valideyn üsyanı” nəticəsində gimnaziyanın direktorluğundan azad olunan X.Osmanova bu ayın əvvəllərində Bakının 238 saylı tam orta məktəbinə direktor təyin olunub. Həmin məktəbin direktoru İlqar Talıbov isə Gimnaziyaya direktor gətirilib. Necə deyərlər bir balaca yerdəyişmə olunub. Sadəcə bizə maraqlı olan odur ki, X.Osmanova kütləvi narazılıqlar, etirazlar nəticəsində Gimnaziyanın direktorluğundan azad olunubsa onun yenidən 238 saylı tam orta məktəbə rəhbər təyin olunması hansı məntiqlə izah olunur. Məgər 238 saylı məktəbdə təhsil alanlar bu ölkənin vətəndaşı deyilmi? Bəlkə həmin məktəb “cərimə batalyonu”dur bizim xəbərimiz yoxdur. Hər halda normal düşüncə ilə bunu izah etmək mümkün deyil. Yəqin ki, tezliklə bunun da səs-sədası yayılar…

    7GUN.az


Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!