"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Şrift : |
Tarix :16-10-2019, 06:01
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 161 dəfə
Like :
Like :

    7GUN.az saytının rəhbəri, jurnalist Cavid Şirəliyev bu gün səhhər saat təxminən 4 radələrində Masallı rayon Ərkivan qəsəbəsindəki evinin yandırılmasına münasibət bildirib.

    O, qeyd edib ki, ölkədə özbaşınalıqların və haqsızlıqların həddi-hüdudu yoxdur. Rüşvət və korrupsiya ölkədə dözülməz vəziyyət yaradıb. Cəmiyyətdə demokratiyanın bərqərar olunması süni maneələrlə əngəllənir. Azad düşüncə və fikirə sahib olan insanlar təqib, təhdid və təzyiqlərə məruz qalır və ya son olaraq şərlənərək həbs olunurlar. Məhz bunun nəticəsidir ki, ölkədə 100-dən çox siyasi məhbus var. İnsanların hüquq və azadlıqları kobudcasına pozulur:

    "Məmur özbaşınalığı tüğyan edir. Hakimiyyətin yaratdığı mövcud sosial və iqtisadi anarxiya insanların normal yaşamaq imkanlarını əlindən alıb. 1000-lə ailələr yarı ac, yarı tox yaşayırlar. İnsanlar arasında etimadsızlıq mühiti yaranır, əxlaqi dəyərlərə sayğısızlıq gündən-günə artır. Gələcəyimizi təhdid edən bir durum yaşanır. Hakimiyyət və onun idarə etdiyi məmurlar ifrat səviyyədə azğınlaşıb. Ölkədə yaranmış ağır sosial və ictimai mühit onların anti-milli fəaliyyətlərinin bəhrəsidir.

    Hakimiyyətin başçılığı altında ölkənin yeraltı və yürüstü təbii sərvətləri talanır, oğurlanır. Yüksək vəzifəli məmurlar dövlət büdcəsini talamaq hesabına xarici ölkələrdə yatırımlar qoyur, əhalinin böyük çoxluğu məqsədli surətdə yoxsulluq həddində yaşamağa məcbur edilir. Nə üçün xalqa normal yaşamaq imkanları yaradılmır? Bu xalq kifayət qədər bacarıqlı, zəhmətkeş və yaradıcı potensiala malikdir. Lakin həyat şəraitlərinin yaxşılaşmasından ötrü insanlara imkan verilmir. Ölkədə normal təhsil almaq, səhyyə xidmətindən istifadə etmək, sosial bərabərsizliyi aradan qaldırmaq ağır problemə çevrilib.

    Mən, ölkədə demokratik dəyərlərin bərqərar olunmasını, insanların hüquq və azadlıqlarının qorunmasını, söz və mətbuat azadlığının təmin edilməsini, həmçinin məmur özbaşınalığına, rüşvət və korrupsiyaya son qoyulmasını istəyirəm.

    7GUN.az-ın rəhbəri olaraq ölkədə məhz hakimiyyətin yaratdığı ədalətsizliyə, sosial bərabərsizliyə, məmur özbaşınalığına, dərəbəyliyə qarşı mövqeyimi ortaya qoymuşam. Bu mənim fəaliyyətimin əsasıdır. Mənim bu istiqamətdəki fəaliyyətmə görəmi təqib və təhdid olunaraq, təzyiqlərə məruz qalıram?! Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq. Hədəfim bəllidir!

    Mən, ölkədə demokratik mühitin bərqərar olunması, insanların hüquq və azadlıqlarının təmin edilməsi, siyasi məhbusların müdafiəsi isitqamətində fəaliyyətimi davam etdirəcəyəm.
    Hakimiyyət məni susdurmaq və mövqeyimdən çəkindirmək üçün müxtəlif təzyiq vasitələrindən istifadə edir. Bunun nəticəsidir ki, bu gün səhər saat 4 radələrində Masallı rayon Ərkivan qəsəbəsindəki evimizin yandırılmasına cəhd göstərilmişdir. Hakimiyyəti və onun idarə etdiyi məmurları belə çirkin və iyrənc təqib üsullarından əl çəkməyə çağırıram.

    Bütün hallarda bundan sonra mənə və ailəmizə qarşı olacaq hər hansı bir təxribatın və digər arzuolunmaz hərəkətlərin məsuliyyəti birbaşa hakimiyyətin üzərinə düşür"-deyə Cavid Şirəliyev bildirib.


Xəbər lenti

Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR

Arif Hacılı sərbəst buraxılıb

Bu necə başçıdır, bu necə abadlıq aparmaqdır?

İlham Əliyev : “Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər"

Qondarma məhkəmə oyunları davam edir

Ehtiram Xəlilov aksizli malların qaçaqmal yolu ilə ölkyə gətirilməsini, həmçinin satışına nəzarəti həyata keçirilir

"İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox" -Nigar Həzi

"Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb" Şəbnəm Nəzərova

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu

Hüquq müdafiəçisinin vəziyyətində dəyişiklik yoxdur

Masallı rayon Məşğulluq İdarəsinin sabiq rəisi kimə arxalanıb?

Məhbub Zülfüqarlını maşınla vurmağa cəhd ediblər -İmişli rayonunda

"Haqqımız uğrunda döyüşənləri görməməzdən gəldik" -Elşən Əlisoy

Əziz Orucov: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər"

“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər" -Firuzə Gülalıyeva

Azərbaycanda İnternet qeyri-azaddır -Freedom House

Ədalət istəyirik! Hüquq müdafiəçisi Taleh Xasməmmədov həmkarı Oqtay Gülalıyevin avtomobillə vurulmasından yazdı

Hüquq müdafiəçisi Oktay Gülalıyevin avtomobillə vurulması təsədüf, yoxsa sui-qəsddir? Əlövsət Sadıqlı yazır

Təbii ki, hakimiyyətin bu işdə əli yoxdursa... -VİDEO

Oqtay Gülalıyevi xilas edərkən... -FOTO

HRHF Oqtay Gülalıyevin zərər çəkdiyi qəzanı araşdırmağa çağırdı 

Dövlət fərdlərin təhlükəsizliyinə, azadlığına qarant olmalıdır

Cəmil Həsənli: "Ölkədə söz və mətbuat azadlığı yoxdur"

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!