DTX Abşerona da əl gəzdirəcəkmi?

Şrift : |
Tarix :21-12-2019, 02:51
Bölmə : Gündəm
Kömək :    
Like :
Like :

    Mən aktiv yazarlığa 2009-cu ildə başladım. İlk yazılarımdan yaltaqlığı pisləmiş, cəmiyyətdəki haqsız məqamları tənqid etmişdim.

    Həmin il Nizaməddin Quliyev Goranboya rəhbər təyin olunmuşdu. Aramızda heç bir tanışlıq, əlaqə olmayıb.

    2014-cü ildə "Facebook” statuslarıma görə əvvəlcə bir işimi itirdim, bir neçə ay sonra isə başqa işimi. Hər yerdə "dəlisovluğuma” görə başım ağrıdı. Nizaməddin Quliyevə "Şöhrət” ordeni verildi. Yenə də aramızda əlaqə və tanışlıq olmadı. Sonra sosial mövzuda yazdım, dəfələrlə onun rəhbərlik etdiyi şəxslərlə yolumuz kəsişdi, sözlərimiz çəpləşdi… Amma yenə də tanış olmadıq. İndi də tanış deyilik.

    Nizammədin Quliyev indi mənimlə tanışlığın hayında deyil. Adam DTX tərəfindən həbs olunub, rayonda hamını "tas”a oturtduğuna, korrupsiyaya qurşanmasına və dövlətin pulunu taladığına görə.

    Sadəcə məsələ odur ki, adam "dövlətçiliyə xidmətinə görə” ali dövlət mükafatı alıb. Mən isə sadəcə ideyalarıma sədaqətli olduğuma görə, dəfələrlə işimi itirmiş, təzyiqlərə və təhdidlərə məruz qalmışam. Mən yaltaq olmamışam, Nizaməddinkimilər və onların ətrafındakı "parlaq” və "yaltaq” gənclər Prezidentin şəninə sağlıqlar deyə-deyə bu dövləti və xalqı talayıblar. Bir çoxları talamağa davam edirlər.

    Yevlax İcra başçısı Qoca Zamanov da yüzlərlə insanı "işə götürərək”, maaşlarını mənimsəmək, habelə vəzifəli şəxslərdən və yerli sahibkarlardan pul tələb etməyə görə saxlanılıb.

    İndi sosial şəbəkələrdə hər kəs onların "müsibətindən” danışır. Əslində, bu xalqımızın müsibətidir. Biz jurnalistlər dəfələrlə insanlara müraciət etmişik, problemlərinizi dilə gətirməkdən qorxmayın demişik… Amma onlar "bura Azərbaycandır” deyərək, başlarını bulayıblar. Çünki korrupsioner "dövlətçi”lərin necə yüksəldiklərini görüblər.

    Poroşenko demişkən, "stadion tak stadion”. İslahatdırsa, qoy islahat olsun, min dəfə var olsun!

    Amma o islahatdan Abşeronun RİH başçısı və onun rayondakı korrupsiya mexanizminə nəzarət edənlər üçün də olsun. Akif Əliyev adlı memar var, onun üçün min dəfə artığı olsun. Şəxsən məni intihar həddinə çatdırdığına, axırda da (demaqoqluğumdan sonra başdan eləmək üçün) sadəcə sərəncamı verib, amma layihəni imzalamadığına görə. İradə xanım bir dəfə məni qəbul etdi, amma sonradan onu müavinləri nəinki yaxına buraxmadılar, hətta məni polislə qorxudub RİH-in binasından qovdular…

    Bax, ona görə də, mən illərdir evimə kupça ala bilmirəm. Evin layihəsini kim hazırlayıb? Akif Əliyevin otağıyla üzbəüz otaqda oturan adamlar… Guya özəl MMC-dir, amma RİH-in Memarlıq Şöbəsinin inzibati binasında oturur.

    Bir əlavə verim ki, rayonda narkotik vasitələrin ticarəti son illərdə artmaqdadır. Belə söz-söhbət gəzir ki, bu biznesin də bir ucu RİH-lə əlaqəli şəxslərə gedib çıxır.

    Nəinki əlaqəli, hətta İradə Gülməmmədovanın qohumlarının adı hallanır. Mənim "böhtana” görə məhkəmələrdə gəzməyə halım yoxdur. Amma məlumatlar araşdırılsa, çox şeylər üzə çıxar.

    Abadlaşdırma adı ilə mənimsənilər pullar, məktəblərdən yığılan pullar, bağçalar və poliklinikalardakı korrupsiya halları, ev və binaların tikintisindəki korrupsiya halları… Abşeronda korrupsiya "Vyetnam bataqlığını” xatırladır. DTX bura girsə, gərək ən az 6 ay araşdırma aparsın, bir eşalon adam tutsun…

    İnşallah, bizim rayona da növbə çatar!

    Elə sizin rayona da, əziz oxucum!…

    Müəllif: Rüfət Əhmədzadə

    7GUN.az Arqument.az-a istinadən xəbər verir ki, yazı müəllifin bloqundan götürülüb.


Xəbər lenti

"Karmen" operasının növbəti tamaşası keçirilmişdir -Mədəniyyət

"Səhiyyə Nazirliyi də mənim nömrəmi “qara siyahı”ya saldı" -Nurlan Mirkazımlı

"Vəzifəli şəxslər ağılasığmaz özbaşınalıqlar və haqsızlıqlar edirlər" -Cavid Şirəliyev

Bir gəncin də həyatı burulğana düşdü -FOTO

“Azərbaycan insanı daxmalarda çürüyür" -Ceyhun Nəbi

Böhtan iki ilədək həbs cəzası ilə nəticələnən cinayət olaraq qalır -AŞPA

Milli Şura Əlizamin Salayevə qarşı işgəncələri pisləyir -BƏYANAT

Baş redaktorun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fevralın 3-nə təyin edilib

Səfir Ceyms Şarp Resurs və Təlim Mərkəzinin açılışında iştirak edib -FOTO

Bu gün mərhum jurnalist haqqında sənədli filmin təqdimatı olacaq

Mobil operatorlardan narazılıqlar gündən-günə artır -Rəy sorğusunun nəticələri

Qaraçuxurun ət satışı məntəqələrinə nəzarət edən varmı? -FOTO

"Bu, sadəcə kobud haker hücumu deyildi" -Anar Məmmədov

AŞ-da Azərbaycandakı siyasi məhbuslarla bağlı dinləmələrdə RATİ sədri və keçmiş səfir çıxış edəcək

Azərbaycan korrupsiyalaşmış ölkə olaraq qalır :Transparency International

Nazir buralardan xəbərsizdir... - İDDİA

Azər Abdullayev hansı maraqlara xidmət edir?

"Dünyada nələrin baş verdiyini görürsünüz, ölkəmiz təhlükəsiz olmalıdır" -ABŞ Prezidenti Donald Tramp

"Əlizamin Salayevin səhhətində problemlər var" -Cavad Cavadov

AŞPA nümayəndələri KİV və seçkilər mövzusunu nüzakirə ediblər -Jurnalistlərlə

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya