Rektorun "trollaşdırma siyasəti" də ifşa olundu -Yazışma

Şrift : |
Tarix :21-12-2019, 08:20
Bölmə : Gündəm
Kömək :    
Like :
Like :

    Azərbaycan Dövlət Aqrar Universitetində tələbə və müəllimlərin tyutorlar vasitəsilə sosial şəbəkə üzərindən "trollaşdırılması" barədə məlumat vermişdik. Rektorun bu yolla özünü sosial şəbəkə qəhrəmanı elan edib bu mərəzdən xüsusi sövq aldığını, heç bir rəsmi təlimatlarla uyuşmayan və ziyalı adı daşıyan birinə yaraşmayan bu virtual diqtənin tədris mühitinə də zərbə vurduğunu demişdik. Bu iddia artıq öz real təsdiqini tapıb, rektorun xanım köməkçisi Rüfanə Əliyevaya tabe olan geniş şəbəkənin "whatsapp" qrupu üzərindəki koordinasiyaları - əmredici yazışmalar faş edilib.

    7GUN.az-ın Demokratik.Az-a istinadən məlumatına görə, ifşaedici detallar bir neçə gün əvvəl "adau-heqiqetleri. com" adı altında yaradılıb qısa zaman sonra deaktiv hala düşmüş sayt vasitəsilə ictimailəşdirilib. Adıçəkilən sayta giriş ötən gündən etibarən tam mümkünsüzləşdirilib.

    Rektor köməkçisinin tyutorlar vasitəsilə İbrahim Cəfərova virtual dəstək əmri əttökəndir. Görün, rektor köməkçisi tyutorlara whatsapp "əmrlərində" nələri yazıb.

    Sitat: "..Hər tyutor əvvəl olduğu kimi, yeni qruplar açmaq üçün 15 nəfərlik siyahı hazırlasın. Yaxşı olardı ki, 4-cü kurslardan az istifadə edəsiniz, onlar adətən demoqoq olurlar. 1-ci kursları olan tyutorlar isə 20 nəfərlik siyahı çıxardın, onlar təzədirlər, onlardan çox istifadə etmək lazımdır. Aktiv tələbələr əsasən like etmələri üçün lazımdır. Siyahını hazırlayın, iş sonu baş binaya çatdırın. Qrupları isə sabah tezdən açarıq. İlk öncə siyahılar və nömrələr. Çalışın demoqoq tələbələr olmasın. Kim bacarır daha çox tələbə siyahıya əlavə edə bilərlər. Günay, Hafizə, Tural bu sizə də aiddir. Dərs dediyiniz tələbədən seçin, sizə say demirəm, özünüz təyin edin. Kimin nə sualı olsa zəng edib soruşa bilərsiz. Uğurlar.."

    Xanım köməkçi başqa bir rektorsayağı təkiddə deyilir. Sitat: "Müəllim elə indi yığdı məni, deyir 1 saata 80 like, onun da yarısı kənardandı. Bəs necə işləyirlər onlar. Məni pis vəziyyətdə qoyursunuz, tələbə kütləsi sizdə var, onları necə idarə edə bilmirsiniz..,"

    Yazışmalarda əsasən rektorun yazdıqlarının paylaşılması və like edilməsinə təhriklər, sövqetmə mexanizmi yer alır.

    Göstərilən fb linklərini tıkladıqda rektorun cari ilin oktyabr və noyabr ayındakı paylaşımları açılır və real nəticələr - ikrahedici şou xarakterli acı mənzərələr ortaya çıxır.

    Biz müstəqil mətbuat orqanı olaraq ADAU-da baş verənləri zərərli "trollaşdırma" və biabırçılıq hesab edirik. Bu təhsil ocağında təkidlə fərdi fikir və ifadə azadlığının istismar edilməsini, rektorun virtual özbaşınalığını şiddətlə qınayırıq.

    Hesab etmək olar ki, ADAU rektoru təhsil ocağında tədris mühitini inkişaf etdirmək, ölkəmizə yararlı aqrar mütəxəssislər hazırlamaq əvəzinə, virtuallaşaraq ictimai-siyasi fəaliyyətlə, fb çempionluğu ilə məşğul olur. Nəticədə, rektorun bu cür repressiv virtuallaşdırma siyasəti universitetdə tələbə və müəllimlər arasında sosial-psixoloji gərginlik, rektora pərəstişlik, şəxsi baxışlara çaşqınlıqlar yaradır.

    Onu da bildirək ki, rektor bir neçə gün əvvəl tyutorları yanına çağıraraq sərt şəkildə danlayıb və ifşaedici yazışmaları kimin sayəsində yayıldığını öyrənməyə çalışıb. Olayı kollektivə xəyanət adlandırıb.

    Tyutorlardan birinin dediyinə görə, rektor qanunsuz əsaslarla işə aldığı tyutor xanımları qovacağı hədəsilə hamıya yeni virtual tapşırıqlar verərək öz ampulasında qaldığını nümayiş etdirib.

    İnanırıq ki, yuxarılardan kimsə ADAU-dakı belə rəzil nöqsanlara DUR deyəcək, rektorun virtual davranışlarına yaxşıca çəki-düzən verəcək...

    Rektorun "trollaşdırma siyasəti" də ifşa olundu
    Rektorun "trollaşdırma siyasəti" də ifşa olundu


Xəbər lenti

"Karmen" operasının növbəti tamaşası keçirilmişdir -Mədəniyyət

"Səhiyyə Nazirliyi də mənim nömrəmi “qara siyahı”ya saldı" -Nurlan Mirkazımlı

"Vəzifəli şəxslər ağılasığmaz özbaşınalıqlar və haqsızlıqlar edirlər" -Cavid Şirəliyev

Bir gəncin də həyatı burulğana düşdü -FOTO

“Azərbaycan insanı daxmalarda çürüyür" -Ceyhun Nəbi

Böhtan iki ilədək həbs cəzası ilə nəticələnən cinayət olaraq qalır -AŞPA

Milli Şura Əlizamin Salayevə qarşı işgəncələri pisləyir -BƏYANAT

Baş redaktorun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fevralın 3-nə təyin edilib

Səfir Ceyms Şarp Resurs və Təlim Mərkəzinin açılışında iştirak edib -FOTO

Bu gün mərhum jurnalist haqqında sənədli filmin təqdimatı olacaq

Mobil operatorlardan narazılıqlar gündən-günə artır -Rəy sorğusunun nəticələri

Qaraçuxurun ət satışı məntəqələrinə nəzarət edən varmı? -FOTO

"Bu, sadəcə kobud haker hücumu deyildi" -Anar Məmmədov

AŞ-da Azərbaycandakı siyasi məhbuslarla bağlı dinləmələrdə RATİ sədri və keçmiş səfir çıxış edəcək

Azərbaycan korrupsiyalaşmış ölkə olaraq qalır :Transparency International

Nazir buralardan xəbərsizdir... - İDDİA

Azər Abdullayev hansı maraqlara xidmət edir?

"Dünyada nələrin baş verdiyini görürsünüz, ölkəmiz təhlükəsiz olmalıdır" -ABŞ Prezidenti Donald Tramp

"Əlizamin Salayevin səhhətində problemlər var" -Cavad Cavadov

AŞPA nümayəndələri KİV və seçkilər mövzusunu nüzakirə ediblər -Jurnalistlərlə

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya