Elgiz İsmayılov Manaf Ağayevi döyüb?

Şrift : |
Tarix :2-02-2020, 19:14
Bölmə : Gündəm
Kömək :    
Like :
Like :

    Penitensiar Xidmətin Müalicə Müəssisəsinin sabiq rəisi Elgiz İsmayılovun bir neçə ay öncə tanınmış müğənni Manaf Ağayevi döyməsi barədə Nigar Məmmədova adlı sosial şəbəkə istifadəçisi özünün profilində status yayıb. 

    7GUN.az həmin statusu olduğu kimi təqdim edir:

    "Bir yaxın qohumum hazırda cəzaçəkmə müəssisələrinin birində cəza çəkir. Onun səhhətində problem olduğundan Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü. Həmin qohumumun ailə üzvləri onunla görüşə gedəndə qohumum ailə üzvlərinə maraqlı və düşündürücü bir söhbət edib. Məhkum qohumum deyib ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində dostu ilə görüşə gələn tanınmış müğənni Manaf Ağayev müəssisənin əməkdaşları ilə kobud rəftar edib. Bunu müəssisənin rəisi Elgiz İsmayılova deyiblər. Dərhal görüş yerinə gələn Elgiz İsmayılov Manaf Ağayevlə söhbət etmək istəyib. Manaf Ağayevin Elgiz İsmayılova qarşı münasibətdə kobud rəftarı tərəflər arasında mübahisə yaranıb. Olanları həzm edə bilməyən Elgiz İsmayılov ailəvi görüş otaqlarından birində Manaf Ağayevlə əlbəyaxa olub. Yaxın qohumum ailə üzvlərinə deyib ki, bu hadisədən möhkəm qəzəblənən Manaf Ağayev dostları vasitəsilə Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovla dil tapıb və ona külli miqdarda pul verərək, Elgiz İsmayılovu Müalicə Müəssisəsinin rəisi vəzifəsindən xaric etdirib. Elgiz İsmayılov olanları dayısı Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayevə bildirib. İqbal Babayevin müdaxiləsindən sonra Elgiz İsmayılov başqa bir cəzaçəkmə müəssisəsinin rəisi təyin olunub. İqbal Babayev Ceyhun Həsənova "şirinlik" də verib. Bütün hallarda ikitərəfli qazanc əldə edən yenə də Ceyhun Həsənov olub. Görünür, pul xidmət rəisi üçün hər bir dəyərdən daha qiymətli imiş. 

    Bizim ədliyyə sistemində də olan rüşvət korrupsiya halları insanlarda haqlı narazılıq yaradır. Qohumum deyib ki, cəzaçəkmə müəssisələri əsl bazar qaydaları ilə idarə olunur. Məhz buna görə də Ədliyyə Naziri Fikrət Məmmədovla Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov arasında aylıq pulların bölüşdürülməsi ilə bağlı ciddi narazılıq baş qaldırıb. Hətta, haqq-hesab çəkişmələrinə görə tərəflər arasında ədavət yaranıb. Maraqlıdır ki, görəsən ədliyyə sistemindəki belə eybəcərliklərdən ölkə rəhbərliyinin xəbəri varmı?".

    Sözügedən status ictimai əhəmiyyət kəsb etdiyindən həmin statusu 7GUN.az-da dərc etməklə qarşı tərəflərin də mövqelərini dinləməyə və dərc etməyə hazırıq.

    Lalə


Xəbər lenti

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi

“Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Leyla Abdullayeva

Prezident Xalq rəssamını təltif etdi -SƏRƏNCAM

Seymur Həzi 16 fevral mitinqilə bağlı polisə çağırılıb

“Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb -BƏYANAT

MSK Hadı Rəcəblini və Hüseynbala Mirələmovu mandatdan məhrum etdi -QƏRAR

Arlem Dezir jurnalistlərlə bağlı hakimiyyətə çağırış etdi

Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir

7GUN.az tezliklə yeni "Sual ver" layihəsinə başlayır -AÇIQLAMA

"24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmət normaldır" -Baş həkim Azər Məmmədov

"Vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib" -Rusiya XİN

“Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir” - Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva

AzTU-nun nümayəndə heyəti Türkiyəyə səfər edib

"Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu" -ABŞ səfirliyi

Seçkilərdə rəqabət mühiti olmayıb -ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçiləri

Namizədin ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb

"Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar" -Firuzə Gülalıyeva

Günel Səfərova: "Açıq şəkildə bildirilir ki, YAP-ın namizədi olan yerdə heç kəs deputat seçilə bilməz"

"Görüşə əmr qaydasında büdcə qurumlarının və digər dövlət müəssisələrinin işçilərini yığıblar" -Elçin Həsənzadə

Daha bir deputatlığa namizəd polisə çağırıldı

Manaf Ağayev niyə məntiqsiz və yalan danışır?

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya