Ölüm hadisəsini gizlətmək mümkün olacaqmı?


Demək olar ki, ölkə ərazisində tez-tez ölümlə nəticələnən yol-nəqiliyyat hadisələri baş verir. Hətta, hadisəni törədənlərin müəyyən hissəsi məsuliyyətdən yayınır və ya yayındırılırlar.

7GUN az- a daxil olan məlumata görə, bir neçə ay öncə Gəncə şəhərində ağır yol- nəqliyyat qəzası baş vermişdir. Məlumat verən mənbənin sözlərinə görə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Həsənov Samir İslam oğlu idarə etdiyi avtomobillə bir nəfəri vurub. Həkimlərin səylərinə baxmayaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan həmin şəxs ölmüşdür.

Mənbə bildirir ki, Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasının əməkdaşı Ramin Həsənov qardaşı Samir Həsənovu məsuliyyətdən yayındırmaq üçün hərəkətə keçib, məhz elə bu məqsədlə istintaq orqanı ilə əlaqə yaradıb.

Mənbə qeyd edir ki, Ramin Həsənov Gəncə şəhərində bir neçə obyektə sahib olduğundan onun geniş maddi imkanları var və qardaşı Samir Həsənovu cinayət məsuliyyətindən yayındırmaq məqsədilə istənilən məbləğdə pul vermək niyyətindədir.

7GUN.az-ın məsələ ilə bağlı qarşı tərəfdən açıqlama almaq cəhdi baş tutmadı.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Rövşən