Manaf Ağayev niyə məntiqsiz və yalan danışır?

Şrift : |
Tarix :5-02-2020, 22:17
Bölmə : Gündəm
Kömək :    
Like :
Like :

    Cavid Şirəliyev:"Sözügedən müəssisədə olduğum müddətdə mənə qarşı normal münasibət olub və qanunvericiliklə müəyyən edilmiş bütün hüquqlarımdan yararlanmışam".

    Bu sözləri 7GUN.az-ın rəhbəri özünün feysbuk hesabında yazıb:

    "Bir neçə gün öncə rəhbəri olduğum 7gun.az xəbər saytında "Elgiz İsmayılov Manaf Ağayevi döyüb?" başlıqlı yazı dərc olunub. Açığı, ölkədə daha ciddi problemlər olduğundan, mən heç bir zaman şou- biznes nümayəndələri barədə məqalə yazmamışam. Baxmayaraq ki, onlar barədə çox ilginc məlumatlara malikəm. Onu da bilmişəm ki, hakimiyyət tənqidçi medianı, müstəqil jurnalistləri susdurmaq və ya tamamilə sıradan çıxartmaq istəyəndə hətta müğənnilərdən də ələt və ya vasitə kimi istifadə edir. Çünki bu istiqamətdə onların da böyük əksəriyyətinin hakimiyyətin qarşısında müəyyən öhtəliklərinin olması barədə məlumatlar gəzir.

    Həmin yazı ilə bağlı Manaf Ağayev Tarix Əliyevin (Tolik) youtubda yayımlanan "Səmimi" layihəsində məlum xəbərə münasibət bildirərkən mənim onlardan (Penitensiar Xidmətin əməkdaşlarından) hayıf çıxmaq məqsədiylə məqalə dərc etdiyimi önə çəkmək istəmişdir.

    Manaf Ağayev özünü hakimiyyətin, xüsusilə Ədliyyə Nazirliyinin rəhbərliyinin yanında yaxşı göstərmək üçün məntiqsiz fikirlər irəli sürüb və yalan danışıb. Mən azadlıqdan məhrum olunduğum dövrdə səhhətimlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinə və müalicə olunmuşam. Sözügedən müəssisədə olduğum müddətdə mənə qarşı normal münasibət olub və qanunvericiliklə müəyyən edilmiş bütün hüquqlarımdan yararlanmışam.

    Bundan başqa, Manaf Ağayevin nəzərinə çatdırım ki, mən 30.02.2018-ci il tarixdə azadlığa çıxmışam. Penitensiar Xidmətin Müalicə Müəssisəsində Manaf Ağayevlə müəssisənin sabiq rəisi Elgiz İsmayılov arasında baş verən insidentlə əlaqədar sosial mediada bir feysbook istifadəçisinin yazdığı məlumata əsasən rəhbərlik etdiyim xəbər saytında isə məqalə 04.02.2020-ci il tarixdə dərc edilmişdir. Əgər şəxsi ədavətdən və ya hansısa düşmənçilikdən söhbət getsəydi, bu 2 il müddət ərzində PX-in Müalicə Müəssisəsi və ya Elgiz İsmayılov barəsində ciddi məqalələr yazardım.

    Manaf Ağayev həmin yazı ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirir. Bu onun hüququdur. Kimsə onu hüququndan məhrum edə bilməz. Sadəcə Manaf Ağayevə demək istəyirəm ki, öz iradəsiylə hərəkət etsin. Yəni, hakimiyyətin müstəqil mətbuata qarşı basqısında alət olmasın".


Xəbər lenti

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi

“Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Leyla Abdullayeva

Prezident Xalq rəssamını təltif etdi -SƏRƏNCAM

Seymur Həzi 16 fevral mitinqilə bağlı polisə çağırılıb

“Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb -BƏYANAT

MSK Hadı Rəcəblini və Hüseynbala Mirələmovu mandatdan məhrum etdi -QƏRAR

Arlem Dezir jurnalistlərlə bağlı hakimiyyətə çağırış etdi

Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir

7GUN.az tezliklə yeni "Sual ver" layihəsinə başlayır -AÇIQLAMA

"24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmət normaldır" -Baş həkim Azər Məmmədov

"Vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib" -Rusiya XİN

“Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir” - Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva

AzTU-nun nümayəndə heyəti Türkiyəyə səfər edib

"Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu" -ABŞ səfirliyi

Seçkilərdə rəqabət mühiti olmayıb -ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçiləri

Namizədin ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb

"Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar" -Firuzə Gülalıyeva

Günel Səfərova: "Açıq şəkildə bildirilir ki, YAP-ın namizədi olan yerdə heç kəs deputat seçilə bilməz"

"Görüşə əmr qaydasında büdcə qurumlarının və digər dövlət müəssisələrinin işçilərini yığıblar" -Elçin Həsənzadə

Daha bir deputatlığa namizəd polisə çağırıldı

Manaf Ağayev niyə məntiqsiz və yalan danışır?

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya