"R.R.Konstuructions" MMC-ni Abidin Fərzəliyev himayə edir?


Prezident İlham Əliyevin yüksək vəzifələrə təyin etdiyi İcra Hakimiyyəti Başçılarının qanunsuz əməl və hərəkətləri barədə ictimai narazılq yaradan faktları kifayət qədərdir. Onların dövlət əmlakını talamaları, rüşvət və korrupsiya hesabına şəxsi biznes qurmaları, hətta xarici ölkələrdə yatırım qoymaları haqqında mətbuatda vaxtaşırı məlumatlar verilir. Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Abidin Fərzəliyevin fəaliyyəti də bu sırada dayanır.

Nərimanov rayonu Z.Xəlil küçəsində sökülmüş 2 saylı binanın sakinləri 7GUN.az- a müraciət edərək bildirmişlər ki, onların yaşadıqları binanı söküb ərazisinə sahib çıxan "R.R.Konsturuktions" MMC müqavilədə nəzərdə tutulan ödənişləri ödəməyi müxtəlif bəhanələrlə süründürür, pulları tam və ya ümumiyyətlə ödəmir. Sakinlərin haqlı şikayətlərinin qarşısı Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Abidin Fərzəliyev tərəfindən alınır.

7GUN.az 24 fevral 2020-ci il tarixdə Bakı şəhər sakini Qədirov Səbri Ağalar oğlunun müraciəti əsasında məqalə dərc edib sözügedən söküntü ilə bağlı onun mülki huquqlarının pozulduğunu göstərmişdi.Narazı sakinlər bildirirlər ki, Nərimanov rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin sabiq müdiri Abdullayev Rəfail Hüseynqulu oğlu və qardaşı Nadir Abdullayev "R.R.Konsturuktsions" MMC- nin tender əməliyyatlarına görə Abidin Fərzəliyevə külli miqdarda pul ödəyirlər. Rəfail Abdullayev Nərimanov rayon İcra Hakimiyyətində işlədiyi dövrdə maliyyə maxinasiyaları törətdiyi üçün Abidin Fərzəliyev onu cinayət məsuliyyətindən yayındırmaqdan ötrü işdən azad etmişdir. Lakin fakt üzrə Prokurorluq orqanlarında araşdırma aparılmasına baxmayaraq, Abidin Fərzəliyevin himayəsi ilə cinayət işinin istintaqına başlanmasının qarşısı alınmışdır. Hal-hazırda da Rəfail Abdullayev və qardaşı Nadir Abdullayev qanunsuz əməllərini Abidin Fərzəliyevin dəstəyi ilə həyata keçirirlər. Sökülən binanın sakinləri "R.R.Konstuructsions" MMC- nin rəhbərliyinin onların hüquqlarını pozması barədə ölkə rəhbərliyinə və aidiyyatı dövlət orqanlarına dəfələrlə şikayətlər etdiklərini, lakin hal - hazıra kimi tədbir görülmədiyini, Nərimanov rayon İHB-sı Abidin Fərzəliyevin onları qəbul etməkdən imtina etdiyini bildirirlər.

Qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı.Lakin onların da mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik.

6-03-2020, 05:33