Cavid Şirəliyev: “Hədəfimiz oxucuya keyfiyyətli və operativ xəbər çatdırmaqdır”


Bir xeyli müddət fəaliyyətini dayandırmış 7gun.az Xəbər Portalı bu gündən etibarən yenidən oxucularının görüşünə gələcək. Saytın təsisçi və baş redaktoru Cavid Şirəliyev 7gun.az-ın daha fərqli və operativ olacağını deyir.

Baş redaktor öncəliklə saytın bir müddət tam gücü ilə fəaliyyət göstərməməsinin səbəblərindən danışıb. O deyib ki, 7gun.az-ın bir müddət oxucu kütləsindən uzaq qalmasının səbəbi əsasən texniki məsələlər və onun özünün sağlamlığında yaranmış problemlərdir. “Bir ilə yaxındır ki, səhhətimdə yaranmış problemlərdən dolayı rəhbəri olduğum Xəbər Portalını normal qaydada işlədə bilmədim. Bu müddət ərzində mütəmadi olaraq müalicə alırdım. Həkimlərimin tövsiyyəsinə əsasən bir sıra texniki vasitələrdən uzaq dumalıydım. Elə bu gün də həmin qadağa aradan qalxmayıb. Amma bu uzun müddət davam edə bilməzdi. Oona görə də, qərarlaşdırdım ki, müalicəmlə paralel olaraq, saytın da fəliyyətini bərpa edim”.

Cavid Şirəliyev qeyd edir ki, 7gun.az-ın texniki problemləri də var idi. O, səhhətində yaranmış problemlərdən dolayı texniki məsələləri də aradan qaldıra bilməyib. “Bir sıra texniki problemlər var idi. Məsələn, saytın dizaynı xoşumuza gəlmirdi. Eyni zamanda, onun güclü bir sistemdə yığılmasını istəyirdik. Əlavə proqramlara ehtiyac var idi. Həmçinin texniki heyətin də formalaşdırılması şərt idi. Səhhətimlə əlaqədar bu problemləri aradan qaldıra bilmirdim. Heç vaxt edə bilmirdim ki, bu məsələlərlə məşğul olum. Şükür, həmin problemləri aradan qaldırmağa nail olduq”.
Baş redaktor 7gun.az-ın yeniliklərlə oxucuların görüşünə gəldiyini də vurğulayıb. O deyib ki, bununla bağlı bəzi addımlar atıblar. Onun sözlərinə görə, yaxın günlərdə oxucuların görüşünə gələn 7gun.az-ın hansı yeniliklərə imza atacağını hamı görəcək. “Dəyişikliklər etdik. Bəzi yeniliklər gətirdik. Ölkədə kifayət qədər problemlər var. İnsanlar səslərini müvafiq qurumlara çatdırmaq istəyir. Eyni zamanda, çoxlu problemlər var ki, onların işıqlandırılması lazımdır. Biz vətəndaş üçün tribuna yaratmaq fikrindəyik. Həm də onlara tribuna olmağı qərarlaşdırmışıq. Qoy, dərdlərini, problemlərini rahatlıqla çatdırsınlar”.

Cavid Şirəliyev oxucuya daha çox xəbər çatdırmağı deyil, daha keyfiyyətli və operativ xəbər çatdırmağın tərəfdarıyıq. “Çoxlu xəbər yaymaq olar. Amma önəmli olan keyfiyyətli və operativ xəbər çatdırmaqdır. Qarşımıza məqsəd qoymuşuq ki, bu sistemi quraq. Oxucunun bu gün axtardığı da keyfiyyətli və operativ xəbərlərdir. Bunu edəcəyimizə əminəm”.

24-01-2021