Gəncliyi ölümə sürükləyən enerji içkiləri


Ölkənin istehlak bazarında enerji içkiləri ciddi problemə çevrilib. Son dövrlər geniş yayılan, xüsusən də gənclər arasında populyar olan bu içkilər nəticə etibarı ilə həmin nəslin məhvinə gətirib çıxara bilər.

7gun.az-ın bununla bağlı apardığı araşdırmalar və həkim rəyləri nəticəsində bəlli olan odur ki, hal hazırda Bizon, Red Bull, Hell və Jaguar içkiləri ən populyardır və geniş istehlak olunur. Bu işkiləri mütəmadi qəbul edənlərdə müəyyən müddətdən sonra müxtəlif xəstəliklər təzahür etməyə başlayır.
Həkimlərin rəyinə görə, son bir neçə ildə gənclər arasında məhz sözügedən enerji içkiləri sayəsində “Enerji içkiləri serrozu” adlı xəstəlik peyda olub. Belə ki, enerji içkiləri qəbul edənlərin böyük əksəriyyətində serroz, yəni qara ciyər xəstəliyi müşahidə olunur. Bu isə müalicəsi mümkün olmayan xəstəlikdən canını qurtara bilməyən gənclərin ya ölümünə aparıb çıxarır, ya da ömürlük şikəst olması ilə yekunlaşır.

Amma bu içkilərin yaratdığı bir başqa problem də ondan ibarətdir ki, davamlı olaraq istehlak edən şəxslərdə asılılıq yaranır. Bu bir növ narkomaniya kimi bir şeydir. Yəni, istehlakçılar davamlı olaraq enerji içkiləri qəbul etdikdə, onlarda asılılıq yaranır. Üstəlik, işin ən pis tərəfi odur ki, bu asılılıqdan xilas olmaq mümkün deyil və müalicəsi də yoxdur.

Qeyd edək ki, dünya ölkələrində enerji içkiləri ilə bağlı ikili yanaşma var. Bir çox ölkələr enerji içkilərinin satışına icazə versə də, bir çoxları da bunun üçün xüsusi standartlar müəyyən ediblər. Həmin standartlar isə həkim rəyləri və qida üzrə mütəxəssislərin hazırladığı konkret tıləblərə əsaslanır. Onların rəyinə görə, həmin içkilərin tərkibinə vurulan maddələr insan orqanizmi üçün təhlükləli olmamamlı, asılılıq yaratmamalı və gələcəkdə xəstəlik mənbəyi olmamalıdır.

Təəssüf hissi ilə bildirməliyik ki, Azərbaycanda bu standartlara ümumiyyətlə, əməl olunmur. Ölkədə istehsal olunan və xaricdən gətirilən enerji içkiləri ilə bağlı isə heç bir standart mövcud deyil. Elə yerli həkimlər də deyirlər ki, Bizon, Red Bull, Hell və Jaguar kimi enerji içkilərinin mənşəyi məlum deyil. Onların sözlərinə görə, hal hazırda bununla bağlı standart da yoxdur. Nəticədə, onların tərkibindəki kimyəvi maddələr, habelə bəzi qarışıqlar mahiyyət etibarı ilə insan orqanizmi üçün təhlükə yaradır. Lakin rəsmi qurumlar bu məsələni görməzdən gəlirlər.

Həkimlər deyirlər ki, Bizon, Red Bull, Hell və Jaguar kimi enerji içkilərinin tərkibinin yoxlanılmaması və necə gəldi istehlaka buraxılması orqanizmin zəifləməsinə səbəb olur. Üstəlik, tədricən insanın orqanizminə təsir edib, onun depoladığı enerjini xərcləyir və bədənin gücdən düşməsinə, immunitetin zəifləməsinə gətirib çıxarır.

Mütəxəssislər deyirlər ki, məsələ ilə bağlı ciddi tədbirlər görülməsə, gənc nəslin əsaslı hissəsi xəstəliklərə düçar olacaq. Bu sırada təkcə, serroz deyil, həmçinin xərçəng xəstəliyinin də çoxaldığı göz qabağındadır. Onlar hesab edirlər ki, prosesi önləmək, məsələni dərindən araşdırmaq, enerji içkilərinin istehsalı ilə məşğul olan sahələrin təftiş edilməsi, məhsulların tərkibinin yoxlanılması və bunun üçün standartın müəyyənləşdirilməsi şərtdir.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

29-01-2021