Fuad Ağayevə töhmət verilib.

Şrift : |
Tarix :9-07-2018, 22:06
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 85 dəfə
Like :
Like :

    Fuad Ağayevə töhmət verilib.

    İctimai-siyasi fəalları müdafiə edən daha bir vəkil cəzalandırılıb. İyulun 9-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarıyla Fuad Ağayevə töhmət verilib.
    ReAl partiyasının sədri İlqar Məmmədov, bloqqer Mehman Hüseynov və başqa ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən Fuad Ağayev Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında cəzalandırılıb.
    Şikayətdə iddia olunub ki, Ağayev İlqar Məmmədovun saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsinin rəisini təhqir edib.
    Töhmət qərarını AzadlıqRadiosu-na şərh edən Fuad Ağayev onu əsassız sayır. O hesab edir ki, bu cür qərarlar vəkillərin fəaliyyətinin daha da məhdudlaşdırılmasına xidmət edir:
    "İclasda əsaslı dəlillər ortaya qoyub, Penitensiar Xidmətin mənimlə bağlı şikayətinin əsassız olduğunu bildirdim. Hesab edirəm ki, bunu isbat etdim. Vəkilin müvəkkili üçün apardığı sənədlərə baxış keçirmək qanundan irəli gəlmir. Xüsusən də həmin sənədlərə baxış keçirib, onu geri qaytarmamaq, vəkilin fəaliyyətinə mane olmaq - ciddi pozuntudur. İclasda da dedim ki, vəkilləri sıxışdırmaq məqsədiyləgöndərilən bu cür şikayətlər geri qaytarılmalı, qanunun tələbləri onlara izah edilməlidir. Mənim hüquqi əsasa söykənən mövqeyimi dinləsələr də, təəssüf ki, eşitmədilər və mənə töhmət verdilər. Hesab edirəm ki, bu, vəkillərin öz müvəkkillərinin hüquqlarını qoruyarkən daha qorxaq fəaliyyət göstərmələrinə zəmin yaradacaq qərardır. Bu cür qərarar vəkilləri istintaq orqanlarından, cəzaçəkməmüəssisələrindən asılı salmağa xidmət edir. Və bu, tək mənə aid deyil..."
    Xatırlatma
    Vəkillər Kollegiyasında son yeddi ayda xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və digərləri var.
    Yalçın İmanov istisna olmaqla, digərlərinə bir illik məhdudiyyət tətbiq olunub.
    Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib.
    Ən son olaraq, bu yaxınlarda vəkil İradə Cavadova cəzalandırılıb.
    Vəkillər barəsində cəza qərarları əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.
    Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri iləəlaqələndirir. Vəkillər Kollegiyası bu iddiaları rədd edir.
    Rəsmi Bakı ölkədə ümumiyyətlə siyasi məhbus olmadığını bəyan edir.

    Contact.az


Xəbər lenti

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Masallı sakini: "Əsgərlikdə xəstəlik tapdım, pensiya ala bilmirəm"

Hakimiyyət Badamdar qəsəbəsində sürüşmə zonasında evləri sökməyə hazırlaşır

Cahangir Hacıyev Dünyamin Xəlilovla birlikdə məhkəmə qarşısına çıxarılacaq

Baş həkim Cəlil Nəzərov oğurluq da edir?!

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!