Oktay Gualiyevdən KXCP sədrinə çətin suallar…-FOTO

Şrift : |
Tarix :18-07-2018, 20:26
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 445 dəfə
Like :
Like :

    Oktay Gualiyevdən KXCP sədrinə çətin suallar…-FOTO
    “Elçibəyə dönük çıxanlara sizdə bu qədər sevgi hardandlr?”

    7GUN.az tanınmış hüquq müdafiəçisi Oktay Gualiyev şəxsi feysbuk səhifəsindəki yazını olduğu kimi təqdim edir:


    Həmişə çalışıram müxalifət daxili məsələlər barədə danışmayım, yazmayım. Bizim üçün əsas hədəf və məsələ hakimiyyətdir. Amma bəzən elə olur ki, yazmasan olmur…

    KXCP sədri, hörmətli Mirmahmud Mirəlioğlu “Yeni musavat” qəzetinə verdiyi müsahibədə bildirib ki, “Gəncədə baş verən hadisə cinayətdir. Bu cinayəti törədənlər cəzasını çəkməlidir”. Amma bu cinayəti törədən səbəbkar Elmar Vəliyevin xalqa zidd qanunsuz, nəlayiq, harın hərəkətlərindən danışmayıb. Özü bilər, bu, onun öz mövqeyidir…

    Diqqətimi başqa bir məqam çəkdi. O, müsahibəsində partiyadan uzaqlaşdırdığı Elçibəyçi gənclərə, dışladığı mübariz insanlara eyham vuraraq təşkilatda “xaric səslər” olduğunu bildirib…

    Maraqlıdır, M. Mirəlioğlu Elçibəyin sağlığında daim ona şər- böhtan atıb onu aşağılayan, İlham Əliyevdən orden- medal alan Rauf Arifoğlunu medal aldığına görə təbrik edərək bildirir ki, “Həsən bəy Zərdabinin ruhu “Yeni musavat” qəzetinin fəaliyyətində təzahür edir” (!?). Yazıq Həsən bəy… Sonra da ölkədə “milli birliyin və vəhdətin formalaşmasında göstərdiyi xidmətə görə” qəzeti təbrik edir (!?)…

    Oktay Gualiyevdən KXCP sədrinə çətin suallar…-FOTO

    Bəyə dönük çıxıb ona arxa çevirən, hakimiyyətin yanında yer alan Qüdrət Həsənquliyevlə Elçibəyin 80 illik yubileyində Fəxri Xiyabanda çiyin- çiyinə dayanıb birgə ziyarət təşkil edir…

    Bir neçə gün öncə isə Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 29 illiyini Elçibəy hakimiyyətinin silahlı qiyam yolu ilə devrilməsində iştirak edən, həmişə Bəyi təhqir edən Nemət Pənahlı ilə bir yerdə keçirir. Meydanlara sığmayan təşkilatı bir kiçik qərargaha sığacaq səviyyəyə endirib 10- 12 nəfərlə onun 29 yaşını qeyd edir…

    Hakimiyyəti qanunsuz yolla əllə keçirib insanlarımıza zulm edən, ölkəni həbsxanaya çevirən, xalqımızın haqq və hüququnu qəsb edən saxta hökümətlə, Elçibəyə nifət üstdə köklənən Əli Həsənovun timsalında mahiyyəti, predimeti bəlli olmayan uğursuz dialoq aparır və s.

    Bu siyahını artırmaq olar. Ehtiyac yox. Heç adını çəkdiyim və çəkmədiyim şəxslərlə də hansısa şəxsi problemim və onlardan gözləntim də yoxdur. Amma sual yaranır; M. Mirəlioğlunun Elçibəyə dönük çıxıb onun hakimiyyətini devirən, həmişə onu təhqir edən, aşağılayan insanlara bu qədər sıcaq münasibəti, sevgisi hardan qaynaqlanır? Niyə o sevginin bir hissəsi təşkilatdan uzaqlaşdırdığı, dışladığı Elçibəyçi insanlara, gənclərə qarşı deyil? Sədr olduğu 18 ildə “xaric səs” deyə- deyə nə qədər mübariz, ləyaqətli insanları partiyadan, mübarizədən uzaqlaşdırdı. O boyda qocaman, nəhəng təşkilat ona neynəmişdi ki, onu belə çarəsiz, dişsiz, zəif duruma saldı? İndi də deyir ki, təşkilatda “xaric səslər” var. Hakimiyyət ölkədə baş verən hər hansı narazılıqda “xaric səs” axtarır, Mirəlioğlu da təşkilatda…

    Yaxşı olar ki, o bu suala cavab versin; Elçibəyə dönük çıxıb hakimiyyətin yanında yer alanlar, maddiyyat qarşılığında susub mübarizədən imtina edənlər KXCP üçün “xaric səs”- dir, yoxsa həbsə düşüb, ehtiyacla, ailəsi ilə sınağa çəkilən, amma Elçibəy- Rəsulzadə ideyalarından, avtoritarizmə qarşı mübarizədən dönməyən insanlar? O, təşkilatda “xaric səs” deyəndə kimləri və nəyi nəzərdə tutur?


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!