Hakim mənasız bəhanələrlə Fuad Əhmədlini vaxtından əvvəl həbsdən buraxmadı

Şrift : |
Tarix :20-07-2018, 00:29
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 840 dəfə
Like :
Like :

    Hakim mənasız bəhanələrlə Fuad Əhmədlini vaxtından əvvəl həbsdən buraxmadı

    AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli ona verilmiş 4 il həbs cəzasının az qala, yarısını çəkdiyini əsas gətirib, vaxtından əvvəl azadlığa çıxmaqdan ötrü məhkəməyə müraciət etmişdi. İyulun 19-da Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayev həmin ərizəyə baxaraq, «yox» deyib.

    Məhkəmə F.Əhmədlinin saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsində keçirilib. Müəssisənin əməkdaşı Emin Əbdürrəhmanov gənc fəalı xarakterizə edərkən onun hələ tam islah olunmadığını bildirib. Bu fikrini də belə əsaslandırıb ki, «müəssisənin ictimai həyatında aktiv iştirak etmir, özünə qapanır, az ünsiyyətdə olur, yatağını səliqəsiz yığır...».

    Hakim F.Əhmədlinin vaxtından əvvəl həbsdən buraxılma ərizəsinin təmin olunmadığını açıqlayıb.

    Cəbhəçi fəal hakimdən soruşub ki, yatağını daha səliqəli yığmağı öyrənsə, həbsdən buraxılmaq şansı varmı? F.Əhmədlinin sualı cavabsız qalıb.

    Gənc fəalın atası Zəfər Əhmədli 7GUN.az-a bildirib ki, Suraxanı Rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti veriləcək: «Fuad cəzanın üçdə birini çəkməsi əsasıyla məhkəməyə müraciət etmişdi. Halbuki, bir aydan sonra cəzanın yarısı tamam olacaq. Ona görə də həm bu qərardan şikayət verəcəyik, həm də cəzanın yarısının çəkilməsi əsasıyla yenidən ərizə ilə müraciət olunacaq».

    Xatırlatma:

    F.Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. İttihama görə, o, işlədiyi «Azerfon» şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin iddia olunur ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülənə aid materiallar olan disklər, kitablar tapılıb.

    F.Əhmədli Cinayət Məcəlləsinin 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsilib. Yuxarı instansiya məhkəmələri də hökmü qüvvədə saxlayıb.
    F.Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.


Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!