Həkim səhlənkarlığından yeni doğulan uşaq tələf olub - ŞİKAYƏT

Şrift : |
Tarix :4-08-2018, 21:17
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 510 dəfə
Like :
Like :

    Həkim səhlənkarlığından yeni doğulan uşaq tələf olub - ŞİKAYƏT

    Neftçala Mərkəzi Rayon Xəstəxanasında həkim səhlənkarlığından uşaq ölümü baş verib.

    7GUN.az uluyol.az-a isitnadən xəbər verir ki, elektron ünvanına şikayət məktubu yollayan Taleh Abdullayev bunları qeyd edir:
    "Adiyyatı qurumlara məsələ ilə bağlı bildirmişəm, 102 qaynar xəttinə də iki dəfə zəng edib şikayətimi demişəm. Onlayn qəzetlər vasitəsilə də yayılmasında maraqlıyam. Ona görə maraqlıyam ki, mən heç bir vətəndaşımızın başına istəmirəm mənim çəkdiklərim gəlsin. Övladın olur ancaq sən "gün yarım" sevinə bilirsən...
    Keçən ayın 30-u Neftçala Mərkəzi Rayon Xəstəxanasında uşaq dünyaya gəlib. Doğuşa cavabdeh Siveta Cəfərova idi, oda növbəni Aynurə həkimə verdi. Yeni doğulan uşaqlarda oksigen çatışmazlığı olur. Bizimdə uşağın oksigen çatışmazlığı olub. Di gəl ki, xarabada oksigen aparatı yoxdur.Turbası iki yerdən deşilib. Pulunuda alırlar, dava-dərmanıda aldırılar, canımızda alırlar. Day bunun nəyi sağlıqlıq yeri, həyata qayıdış oldu ki?!
    Səhəri gün uşağın öldüyünü görüb bunların üstündə qalmasın deyə Bakıya yolladılar. Təmiz əsəb üzərinə əsəb. Deməli növbədə olan təcili yardımın sürücü yoxdur. Gözləyirik digəri gəlir. Onun da içi bomboş, daha doğrusu var ancaq təcili yardım maşınına, xəstəxanaya aid olmayan. Buğda, kəpək kisələri. Bəli, təcili yardım maşınında kəpək kisəsi. Elə uşağıda o kisələrin üzərində apardılar. Hansı ki, xüsusi balış və tərpənməsin deyə avadanlıqlar olmalıydı. Day qucaqda, kisənin üzərində yox. Yarı yolda, Xələcdən qaytardılar ki, uşaq ölüb. Guya burda bilmirdilər, sadəcə olaraq üzərilərində qalmasın deyə oyun idi Bakıya aparmaqları.
    Orada Polis əməkdaşları ərizəmi aldı. İndi yalvar yaxar edirlər ki, səhv bizdə olub ərizəni geri götürün. Baş həkim Telman Zahidovada dedim ki , keçməyəcəm. Aldıqları 250 manatı da qaytarırdılar, almadım. Burası dövlət xəstəxanasıdır... O dövlət xəstəxanası ki, yaxın keçmişdə ölkə başçısı birbaşa açılışında iştirak etmişdi. Elə o kadrlardan görünən o idi ki, ən son avadanlıqlarla təhciz olunub xəstəxanamız. Biz kadr arxası xəstəxananın təcili yardım maşınının fermaya rels etdiyini bilmirdik. Biz bilmirdik ki, baş həkimin fermasında inəklər kəsiləcək və 12 manatdan həkimlərə satılacaq. Məcburi almalısan. Bax belə. Elə isə burada tibbdən, səhiyyədən söz gedə bilərmi?
    Əvvəl uşağın ölümünün bunların ucbatından olduğunu biləndə, bəhanə etdilər ki, ciyərləri xəstə olub. Dedim yaxşı, onda hansı aparata salmısızsa, gətirin baxım. Heç nə yoxdur əllərində. Sadəcə olaraq digərlərinə dediklərini mənə deyirlər, əzbərlərində olan sözdür.Məndə ona görə bunun üzərinə gedirəm ki, əzbərlərin pozulsun. Millətə düz əməlli xidmət göstərsinlər.
    Neftçala rayon Iqaralı kənd sakini Abdullayev Taleh Mirəziz oğlu".


Xəbər lenti

Azərbaycanlı siyasi mühacirlər saxlanılıb  -Almaniyada

Rüxsarə Əliyeva təhsil ocağını bazara çevirib?!

Ali Məhkəmə jurnalistin barəsində qərarı qüvvədə saxladı

Oqtay Gülalıyevin vəziyyəti ağırlaşıb

Oktay bəylə bağlı daha bir problem... -SOS

Nasir Əliyev: Oqtay Gülalıyev mənim gözümlə

Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR

Arif Hacılı sərbəst buraxılıb

Bu necə başçıdır, bu necə abadlıq aparmaqdır?

İlham Əliyev : “Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər"

Qondarma məhkəmə oyunları davam edir

Ehtiram Xəlilov aksizli malların qaçaqmal yolu ilə ölkyə gətirilməsini, həmçinin satışına nəzarəti həyata keçirilir

"İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox" -Nigar Həzi

"Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb" Şəbnəm Nəzərova

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu

Hüquq müdafiəçisinin vəziyyətində dəyişiklik yoxdur

Masallı rayon Məşğulluq İdarəsinin sabiq rəisi kimə arxalanıb?

Məhbub Zülfüqarlını maşınla vurmağa cəhd ediblər -İmişli rayonunda

"Haqqımız uğrunda döyüşənləri görməməzdən gəldik" -Elşən Əlisoy

Əziz Orucov: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər"

“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər" -Firuzə Gülalıyeva

Azərbaycanda İnternet qeyri-azaddır -Freedom House

Ədalət istəyirik! Hüquq müdafiəçisi Taleh Xasməmmədov həmkarı Oqtay Gülalıyevin avtomobillə vurulmasından yazdı

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!