Zəfər Əhmədli azadlığa buraxılmayıb » www.7GUN.az
BÖLMƏLƏR


«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
7 GÜN TV
XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

Zəfər Əhmədli azadlığa buraxılmayıb

13
  • + A
  • - A
  • Zəfər Əhmədli azadlığa buraxılmayıb

    Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada həbs edilmiş fəalı Zəfər Əhmədlini azadlığa buraxmayıb.

    AXCP-dən verilən məlumata görə, qərarı hakim Elşad Şamayevin sədrlik etdiyi məhkəmə heyəti bu gün, avqustun 6-da qəbul edib.

    Partiyadan bildiriblər ki, məhkəmədə Zəfər Əhmədlinin özü də iştirak edib. Verilən məlumata görə, O, çıxışında apellyasiya şikayətinin dəlillərini müdafiə edib. Bildirib ki, polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılması tamamilə əsassızdır.

    AXCP-nin məlumatına görə, Zəfər Əhmədli nəql edib ki, iyulun sonunda Nabranda istirahətdən qayıdıb. Deməsinə görə, evə çatanda elektrik xətlərinin kəsildiyini görən AXCP üzvü bu məsələ ilə maraqlanıb, küçəyə çıxan kimi "Mersedes" markalı avtomobillə polisə aparılıb.

    "Məhkəmə qərarında göstərilir ki, güya, küçədə işıq idarəsi nümayəndəsi ilə mübahisə etmişəm, polis bizi aralamaq istəyib, onların tələblərinə əməl etməmişəm", AXCP-dən verilən məlumata görə, Zəfər Əhmədli bunun qurama olduğunu məhkəmənin diqqətinə çatdırıb.

    Verilən məlumata görə, onun vəkilləri də aşağı məhkəmənin qərarının qanunsuz və əsassız olduğunu, bu səbəbdən ləğv edilməli olduğunu bildiriblər.

    Ancaq hakim Elşad Şamayevin sədrlik etdiyi məhkəmə heyəti apellyasiya şikayətini rədd edib.

    İyulun 27-də Xətai Rayon Məhkəməsi AXCP fəalı Zəfər Əhmədliyə 30 sutka inzibati həbs cəzası verib. Onun küçədə inzibati qaydanı pozmaqda və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırıldığı bildirilir.

    AXCP-dən isə Zəfər Əhmədlinin həbsinin gerçək səbəbinin "Facebook" sosial şəbəkəsində yazdığı statuslar olduğu deyilib.

    Zəfər Əhmədli həm də həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin atasıdır. Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb.

    O, Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsilib.

    Fuad Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə həbs olunduğunu bildirir.

    Turan.az