“İlqar Məmmədova tam bəraət verilməsinə çalışacaq” - F.Ağayev

Şrift : |
Tarix :12-08-2018, 22:44
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 200 dəfə
Like :
Like :

    “İlqar Məmmədova tam bəraət verilməsinə çalışacaq”  -  F.Ağayev

    İlqar Məmmədovun cəzasının yüngülləşdirilməsinə və real həbs müddətinin şərti ilə əvəzlənməsinə baxmayaraq, müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermək niyyətindədir. Bu barədə Turan-a vəkil Fuad Ağayev bildirib.

    "Müsbət cəhət odur ki, məhkəmənin qərarından sonra İlqar Məmmədov azadlığa çıxıb. Məhkəmənin qərarının qalan hissəsi mənfidir. Çünki İlqar Məmmədov yenidən təqsirli bilinir.

    Şəki Ağır Cinayətlər Məhkməsinin onu təqsirli bilməsi hökmü qanuni hesab edilib. Sadəcə, cəzasının çəkilməmiş hissəsi şərti hesab olunub. Onun cəzasının çəkilməmiş hissəsindəın artıq müddət, iki il sınaq müddəti hesab edilib. İstənilən halda bununla razı deyilik. Qısa müddətdə kassasiya şikayəti verəcəyik",- F.Ağayev bildirib.


Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!