"Zəfər Əhmədovun başına bir iş gəlsə, bütün məsuliyyəti hakimiyyət daşıyacaq"


Şərlənərək həbs olunan Zəfər Əhmədovun səhhətində ciddi problem yaranıb. O hal-hazırda Binəqədi təcridxanasında saxanılır.

Ailəsindən verilən məlumata görə təcridxanada Zəfər Əhmədovun səhhətində ciddi ağrılar baş qaldırıb və təcili yardım çağırmaq məcburiyyətində qalıblar. Ona ağrıkəsici iynələr vurub, bir müddət sakitləşdiriblər. Amma qısa müddətdən sonra yenidən ağrılar şiddətlənib. Ailəsi ona zəruri olan dərmanları çatdırıb.

Həyat yoldaşı Qənimət xanım deyir ki, böyrək problemindən əziyyət çəkən adam bol maye qəbul etməlidir, ancaq analoqsuz inkişaf edən ölkənin həbsxanalarında su da problemə çevrilib. Ailəsi bildirir ki, Zəfər Əhmədovun başına bir iş gəlsə, bütün məsuliyyəti hakimiyyət daşıyacaq. Xatırladaq ki, Zəfər Əhmədov siyasi məhbus Fuad Əhmədlinin atasıdır.

Faktiki olaraq, hakimiyyət bu ailənin iki üzvünü şərləyərək həbsə salıb və hər ikisinin səhhətində problemlər var. /Azadliq.info/

14-08-2018, 19:50