"Beynəlxalq təşkilatlar, Avropa İnsan Haqqları Məhkəməsi bütün siyasi məhbuslar haqqında, istəyir içəridə və ya çöldə olanlar haqqında, qərarlar verirlər, ancaq İlkin barədə yox" - valideynlərin müraciəti

Şrift : |
Tarix :19-08-2018, 22:49
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 128 dəfə
Like :
Like :

    "Beynəlxalq təşkilatlar, Avropa İnsan Haqqları Məhkəməsi bütün siyasi məhbuslar haqqında, istəyir içəridə və ya çöldə olanlar haqqında, qərarlar verirlər, ancaq İlkin barədə yox" - valideynlərin müraciəti

    "İlkin 6 ildir günahsız yerə türmədə çürüyür. Bu məni bir ata kimi çox narahat edir. İlkinin özü də, biz də onun müdafiəsinin yetərincə olmadığı qənaətindəyik. Beynəlxalq təşkilatlar, Avropa İnsan Haqqları Məhkəməsi bütün siyasi məhbuslar haqqında, istəyir içəridə və ya çöldə olanlar haqqında, qərarlar verirlər, ancaq İlkin barədə yox. Elə bil hansısa bir qüvvə İlkinin işini geri çəkir".

    Bu barədə hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan İlkin Rüstəmzadənin valideynləri Bəkir Xəlilov və Atlas Hüseynovanın yerli və beynəlxalq ictimaiyyətə müraciətində deyilir.

    İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının 6 il əvvəl həbs edilən 8 üzvündən biridir. Gənclər zorakılıq, kütləvi iğtişaşların təşkili və başqa ittihamlarla uzun müddətə həbs olunublar.

    Gənclər həbsi 2013-cü il martın 10-da əsgər ölümünə etiraz aksiyasından sonraya təsadüf edir.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadə 8 il, Rəşad Həsənov, Məmməd Əzizov 7 il yarım, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli 7 il və Şahin Novruzlu 6 il azadlıqdan məhrum edilib.

    "Amnesty International" (Beynəlxalq Əfv) təşkilatı həbs edilən NİDA-çıları "vicdan məhbusü" elan edib.

    Sonradan İ.Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa buraxılıb.

    Valideynlər ictimaiyyəti İlkin Rüstəmzadənin hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərin genişləndirilməsinə çağırır.

    "Biz bir valideyn kimi beynəlxalq insan haqları təşkilatlarına, Azərbaycanda olan qeyri-hökümət təşkilatlarına, siyasi partiya liderlərinə, hüquq müdafiəçilərinə müraciət edirik. Yetər artıq, səbr kasası dolub!.. Sizi İlkinin müdafiəsinə qalxmağa çağırırıq. Bir valideyn kimi sizdən xahiş edirik ki, beynəlxalq təşkilatlar qarşısında Ilkinin azad olunmasını prioritet məsələ kimi qaldırın", Bəkir Xəlilov və Atlas Hüseynovanın sosial şəbəkələrdə yaydığı müraciətdə deyilir.

    Azərbaycan hökuməti ölkədə siyasi və vicdan məhbuslarının olması ilə bağlı fikirləri qəbul etmir. Dövlət rəsmiləri insanların bütün fundamental hüquqlarının təmin edildiyini və vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir.


Xəbər lenti

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Masallı sakini: "Əsgərlikdə xəstəlik tapdım, pensiya ala bilmirəm"

Hakimiyyət Badamdar qəsəbəsində sürüşmə zonasında evləri sökməyə hazırlaşır

Cahangir Hacıyev Dünyamin Xəlilovla birlikdə məhkəmə qarşısına çıxarılacaq

Baş həkim Cəlil Nəzərov oğurluq da edir?!

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!