Jurnalistin ölümündə təqsirli bilinən Samir Mustafayevin kassasiya şikayətinə baxılıb

Şrift : |
Tarix :29-08-2018, 01:48
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 284 dəfə
Like :
Like :

    Azərbaycan Ali Məhkəməsində Tahir Kazımovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən jurnalist Rasim Əliyevin ölümündə təqsirli bilinən Samir Mustafayevin kassasiya şikayətinə baxılıb.

    Samir Mustafayev özü məhkəməyə gətirilməyib, belə ki, bunu istəməyib. Məhkəmə məhkəməni onun iştirakı olmadan keçirmək qərarı qəbul edib.

    Mustafayevin hüquqlarını müdafiə edən vəkil Bəxtiyar Hacıyev qeyd edib ki, kassasiya şikayətini dəstəkləyir və məhkəmədən müvəkkilinə bəraət verilməsini xahiş edir.

    "Samir Rasim Əliyevin döyülməsində iştirak etməyib. Hətta istintaqın təqdim etdiyi cinayət yerindən videogörüntülərdə Samirin döymədiyi, əksinə, Rasimə ayağa qalxmağa kömək etdiyi görünür. Amma, buna baxmayaraq, o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Sizdən kassasiya şikayətini təmin etməyinizi xahiş edirəm", deyə vəkil bildirib.

    Daha sonra həlak olmuş jurnalistin anası Teyfurə Əliyevaya söz verilib.

    "Bildiyiniz kimi, Rasimin ölümü ilə nəticələnən hadisədə Samirin də rolu var. Cinayət əvvəlcədən planlaşdırılıb. Rasimi futbolçu Cavid Hüseynovun əməllərinə münasibət bildirdiyinə görə döyüblər.

    Elşən İsmayılov (məhkəmə tərəfindən təqsirli bilinərək, 13 il müddətinə azadlıqdan məhrum edilib - red.) Rasimi döymək üçün adam yığıb. Videogörüntülərdə Samirin əməlləri aydın deyil. Hesab edirəm ki, bütün təqsirləndirilən şəxslər barəsində çox yüngül hökm çıxarılıb", deyə o bildirib.

    Bu məqamda hakimlərdən biri Əliyevanın nitqini bölərək bildirib ki, prosesdə işin təfsilatına baxılmır, şikayətə münasibət bildirilir.

    Teyfurə Əliyeva məhkəmədən şikayəti təmin etməməyi xahiş edib.

    Prokuror Ramin Allahverdiyev də kassasiya şikayətini təmin etməməyi xahiş edib.

    Yerindəcə məşvərət edən hakimlər kassasiya şikayətini təmin etməyiblər, Samir Məmmədov barəsində hökmü qüvvədə saxlayıblar.

    Xatırladaq ki, 2016-cı il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi Elşən İsmayılov, Arif Əliyev, Camal Məmmədov, Samir Mustafayev və Kənan Mədətovu Rasim Əliyevin ölümündə təsirli bilib və onları müvafiq olaraq 13 il, 12 il yarım, 11, 9 və 9 il müddətinə azadlıqdan məhrum edib. /Turan.az/


Xəbər lenti

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna vəzifə verdi

Almaniya və Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq

Gəncədə saxlanılmış etiraz iştirakçıların azad ediliblər

Mayın 13-də heç bir şey imzalanmayacaq

Azad Həsənovun işi üzrə məhkəmədə

Gəncədə etiraz aksiyası keçirilib

Jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib

Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!