AXC-nin 100 illiyi münasibətilə nümayiş keçirilib-VİDEO

Şrift : |
Tarix :28-05-2018, 18:01
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 276 dəfə
Like :
Like :

    AXC-nin 100 illiyi münasibətilə nümayiş keçirilib-VİDEO
    Polisin yaratdığı bütün maneələrə və məhdudiyyətlərə baxmayaraq, bu gün minlərlə gənc Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş nümayişdə iştirak edib.

    Facebook-da bununla bağlı xüsusi olaraq yaradılmış "Cümhuriyyət" səhifəsi iştirakçıları mayın 28-də saat 12.00-da əllərində çiçəklə Bakının mərkəzində AXC abidəsinin önünə gəlməyə çağırıb. Amma polis yüz metrələrlə uzaqdan (metronun "İçərişəhər" stansiyasının yaxınlığında) aksiya itirakçılarının yolunu bağlayıb və insanları abidənin yanına 2-2, 3-3 buraxıb. Çiçək qoyduqdan sonra aksiya iştirakçıları toplaşaraq paytaxtın mərkəzində yürüş ediblər. Yolda şəhər sakinləri də onlara qoşulub və nümayişçilərin sayı bir neçə minə çatıb. Nümayişçilər "Azərbaycan", "Respublika", "Biz Rəsulzadənin nəvələriyik" şüarları səsləndiriblər. Dənizkənarı bulvara yeraltı keçidin yanında polis nümayişçilərin yolunu kəsib, onlar Nizami adına Muzeyə tərəf qayıdıblar və aksiyanın başa çatdığını elan edərək, dağılmağa başlayıblar. Amma gənclərdən ibarət qruplar dövlət bayraqları ilə şüarlar səsləndirərək küçələrdə gəzməyə davam edir. Hələlik asayişin pozulması və polislə qarşıdurma haqqında məlumat daxil olmayıb. Turan.az



Xəbər lenti

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

F. Fərəməzoğlunun işində də zərərçəkmiş şəxs həbs edilib

Polis bölməsi qarşısında özünü yandıran şəxsin vəziyyəti ağırdır

Penitensiar Xidmət həbsxanalarda aclıq aksiyası keçirilməsi barədə məlumatı təkzib edir

Dörd fəal həbsxanada müddətsiz aclıq elan edib

Aclıq aksiyası davam etdirilir

E.Məmmədyarov və Z.Mnatsakanyan görüşəcək

Emin Hüseynov: “Mehman güclü təzyiq altındadır”

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!