Türkiyə Naxçıvanda hərbi baza açmağı planlaşdırır- KİV



Somali və Qatardan sonra Türkiyə xaricdə üçüncü hərbi bazasını Azərbaycanın Naxçıvan bölgəsində aça bilər.

Turan agentliyinin məlumatına görə, bu barədə Türkiyənin "Sözcü" qəzetinin məşhur şərhçisi Zeynep Gürcanlının sentyabrın 3-də dərc edilmiş məqaləsində deyilir.

Gürcanlı qeyd edir ki, bu gün Türkiyə və Rusiya bir çox məsələlərdə müttəfiqdirlər, amma regional məsələlərdə fikir ayrılıqları var. Xüsusən, söhbət Moskvanın Ermənistana açıq hərbi dəstəyindən gedir.

Buna görə Rusiyanın Türkiyənin Naxçıvanda baza yaratmasına münasibəti birmənalı olmaya bilər, Gürcanlı belə hesab edir.

Bu zaman müəllif Ankaranın Naxçıvanda baza yaratmaq planları haqqında məlumatının mənbəyini qeyd etmir. Materialda həmçinin Bakının bu məsələ ilə bağlı mövqeyi haqqında heç nə deyilmir.

2-09-2018, 23:20