Komitə sədri və icra başçısının milyonluq tikintilərdən – Reportaj

Şrift : |
Tarix :7-09-2018, 01:51
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 187 dəfə
Like :
Like :


    Bakıda bu məşhur yeri hamı “Ukraynski kruq” adlandırır. Əhmədli qəsəbəsinə aid olan “Ukrayna dairəsi” çox başıbəlalı ərazidir.

    Gah burada qanunsuz tikinti aparılıb, gah park hasarlanıb, gah da yaşıllıqlar doğranıb. Sonuncu cinayət isə hələ də davam etməkdədir. Gedin, gözlərinizlə görün…

    Deməli, heç bir məsuliyyət daşımadan, qorxmadan magistral yolun kənarı boyunca sağ və sol istiqamətlərdə olan şam ağacları məhv edilib.

    İndi bir adi vətəndaş əlinə balta alıb günün günortaçağı Xətai rayonunda ağac kəsməyə başlasa, ona elə bir cərimə kəsərlər ki, özünə gələ bilməz.

    Amma yol kənarında yaşıllıqların qatilləri deyəsən toxunulmazlıq statusu alıblar. Odur ki, gedib görsəniz, biləcəksiniz ki, Xətaidə meşəliklər ancaq yaddaşlarda qala bilər.

    Sakinlərin sözlərinə görə, burda gizli iş yoxdur. Bütün bu özbaşınalıqların başından Xətai rayon rəhbərliyi çıxır.

    Rayonun bəlası olan icra başçısı Razim Məmmədov gəldiyi gündən nə səki qoyub, nə park saxlayıb, nə piyada yolu qalıb, nə ağac qorunub.

    İllərdir ki, yazılır, fakt təqdim olunur, yaşıllıqların qırılması, yerlərinin obyekt tikintisinə satılmasına dair sübutlar göstərilir, amma Xətai RİH “tükünü tərpətmir”.

    Sakinlər deyirlər ki, kimdən kimə şikayət edəsən: “İcra başçısı burda bir kvadratı 30 minə satır. Gecə yatırsan, səhər görürsən dünənki ağaclar yoxdur, parkın içi zəbt olunub. Burada bir sotun qiyməti 80-100 mindir.

    Budur baxın, Ukrayna dairəsindən üzü aşağı gedəndə yolun hər iki tərəfində yenə obyekt tikmək üçün ərazilər şumlanıb. Xətai icra hakimiyyətinin işi torpaq satmaq, ağac kəsməkdir”.

    “Əhmədli” metrosunun çıxışı, “Həzi Aslanov” metrosunun ətrafı, ümumiyyətlə rayonun elə bir qarışı qalmayıb ki, orda icra başçısının “əl işi” olmasın.

    “Ukrayna dairəsi”ndən aşağı gedən magistral yolun sağında məhv edilən yaşıllıqların yerində bərq vuran yarımçıq tikintilərdənbirinin isə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə aid olduğunu öyrənirik.

    Sən demə, Fuad Muradovun Xətaidə milyonluq tikintiləri var. Onlardan birini lentə almışıq. Hazırda həmin bina tam inşa olunmayıb.


    Deyilənə görə, yaxınlıqdakı yaşayış binası da komitə sədrinə məxsusdur və F.Muradov hələ deputat ikən binanın alt qatındakı obyektləri icarəyə verib.

    Biznesmen deputat olmuş F.Muradov isə özünü həmişə siyasiləşmiş parlament üzvü kimi təqdim etməyə çalışıb.

    Bu yolda “Həzi Aslanov” metrosuna qədər bağlanmış “Texnikabank”ın keçmiş direktoru Etibar Əliyevin obyektləri də sıralanır. Metronun üstündə isə E.Əliyevə məxsus yaşayış kompleksi var.


    Göründüyü kimi, bir yandan Xətai icra başçısı rayonu vəzifəli, imkanlı şəxslərə peşkəş edir, bir yandan da varlanır, itirən isə sakinlərdir. Bir il sonra Xətaidə insanlar yaşıllıq, kölgəlik, oksigen üçün gündüz “əldə çıraq” gəzəcəklər…



    Komitə sədri və icra başçısının milyonluq tikintilərdən


    Komitə sədri və icra başçısının milyonluq tikintilərdən


    Komitə sədri və icra başçısının milyonluq tikintilərdən


    AzEuroNews.com


Xəbər lenti

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Masallı sakini: "Əsgərlikdə xəstəlik tapdım, pensiya ala bilmirəm"

Hakimiyyət Badamdar qəsəbəsində sürüşmə zonasında evləri sökməyə hazırlaşır

Cahangir Hacıyev Dünyamin Xəlilovla birlikdə məhkəmə qarşısına çıxarılacaq

Baş həkim Cəlil Nəzərov oğurluq da edir?!

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!