Sakinlər etiraz edir: "Ermənilər küçəsidir bura?"

Şrift : |
Tarix :10-09-2018, 07:49
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 26 dəfə
Like :
Like :



    "Qışda buralardan qəti "sapok”suz, maşınsız keçmək olmur".


    Ramanadakı Şuşa qəsəbəsinin ətrafında yaşayanlar tezliklə köçməyi arzulayırlar. Çünki qəsəbənin marşrut, yol, kanalizasiya və saymaqla bitməyən dərdləri var.


    "Ermənilər küçəsidir bura? Nə bir kanalizasiya, nə işıq, nə qaz var. Belə olmur axı. Evdə iki əlil uşağım, nəvəm var. Mən nə etməliyəm? Mənə lazım idi ki, qonum-qonşu uşağımın yasına gəlib, yolumu düzəltsin? Qışda maşın sürülmürdü ki, meyiti aparıb basdıra bilsinlər. Bu, nə yaşayışdır?


    "17 ildir kirayələrdəyəm. Ramanada kirayə qalmadığım ev qalmayıb. 3 uşaqdır, böyüyürlər, nə vaxta kimi kirayədə qalım? Burada torpaq aldım ki, bir balaca dam tikib yaşayım. Nə qazı var, nə işığı. Qaz xəttini, işıq dirəklərini yarıyacan çəkiblər. Biz abunəçiyik də, bunu dövlət çəkməlidir. Mən də işlətdiyimi ödəməliyəm. Daha cibimin xərci ilə çəkəcəkdimsə, nə edirdim burada yaşamağı?”.


    Qəsəbənin ancaq bir marşrutu var. Yollarını da elə öz güclərinə asfaltladıqlarını deyirlər. Sakinlərin sözlərinə görə, bələdiyyə, icra orqanları bu vəziyyətdən xəbərdardır. Ancaq bir əlac etmirlər.


    "Avropa oyunları başlamazdan əvvəl 214 nömrəli marşrut "Koroğlu” metrosundan keçib, "Vasmoy bazarı”na gedirdi. Avropa oyunları başlayandan sonra avtobus körpünün üstündən getdi. İndi də elə qalıb. "Koroğlu” metrosunda düşmək istəyən "Qara Qarayev”də düşməli olur. Bir marşrut xətti çəksinlər ki, camaat şəhərə də gedə bilsin. İki dəfə marşrut dəyişəndə 70-80 qəpik pul çıxır. Biz indiki zəmanədə nə qədər pul qazanırıq ki, o qədər yolpulu verək?”


    Sakinlər payız-qış aylarının gəlməsini istəmirlər. Çünki yağışlar yağan kimi burada bataqlıq əmələ gəlir. Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov da mətbuata açıqlamasında bu ərazidə qrunt sularının səviyyəsinin yer səthindən qat-qat yüksək olduğunu söyləyib.


    "5 ildir bura köçmüşük, bu 5 ildə elə bil qocalmışıq. Çox çətinliklə yaşayırıq. Həyətimizi uşaqlar qışda çəkib internetə qoyur. Qayıq lazımdır üzməyə”.


    "Qışda buralardan qəti "sapok”suz, maşınsız keçmək olmur. Su basır buraları, hovuz kimi olur. Özümüz motor, şlanq alırıq. Bunu hamısı - bələdiyyə də bilir”.


    Ramana sakinlərinin problemləri ilə bağlı qəsəbə nümayəndəliyinə, bələdiyyəyə zəng vurduq. Ancaq cavab almaq mümkün olmadı.


    2014-2016-cı ilin Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramında qəsəbələrarası və məhəllədaxili yolların tikintisi və əsaslı təmiri, kanalizasiya sistemlərinin yaxşılaşdırılması göstərilib. Sakinlərsə illərdir kanalzasiya, yol problemindən əziyyət çəkdiklərini deyirlər. /Meydan.tv/



Xəbər lenti

Uydurulmuş hadisənin istintaq qərarı – Masallı rayonunda biabırçı hadisə

Dərman ölümə səbəb oldu

Siyasi məhbus doğum gününü "kars"- da keçirir

Səlim Müslümovun vəzifədən çıxarılmasından prezidentin xəbəri olmayıb?- Ənvər Seyidəliyevdən sərsəm açıqlama

''Oğlumu "BizimləSən" verilişinə çıxarmaq üçün 500 manat istədilər''- Famil Əliyev

"Qəsəbəyə suyu Tərtərdən su maşınları gətirir, biz də pul verib alırıq" - qəsəbə sakinləri

Əli Kərimli: "Rejimin repressiyalarını ciddi sanksiyalar durdura bilər"

"Bir neçə saat gözləyəndən sonra apardığımız sovqatı qəbul elədilər, görüşə isə buraxmadılar" - Kəmalə Rəhimli

Etimad İsmayılov Nardaranda dəfn olunacaq - VİDEO-FOTO

Xətai rayonunda yanğın baş verib VİDEO

Prezident İlham Əliyev Binəli Yıldırım ilə görüşüb

"Rauf gəlib dedi ki, hamı Elnurla işləyib pul qazanır" - Həbib Axundov

"Bu çox önəmli qərardır"- Ələsgər Məmmədli

Baş həkim iş otağında dərman paylayır

Narazı sakinlər yenə də Prezidentlə görüşə bilmədilər- Masallıda

Cahangir Hacıyevin bacısından sensasion açıqlama: "Qardaşımı öldürmək istəyirlər"

Azadlıqların ciddi pozulduğu ölkələr sırasında Azərbaycanın da adı çəkilir

Eldar Köçərli Kəmaləddin Heydərovu və Səfər Mehdiyevi gömrükdəki monopoliyaya görə ittiham edir - VIDEO

"Mənim vaxtımda məmur övladlarının əsgərlikdən qaçması söhbəti ola bilməzdi” – Əliağa Hüseynov

Elçin Quliyevin oğlu SQ-də xidmət edəcək – mövcud qanunvericilik buna icazə verirmi?

"Buna şahid olmaq üçün sadəcə Naxçıvana gəlmək lazımdır” - Naxçıvanın Ali Məclisinin deputatı

Əfqan Muxtarlı ilə qərar qüvvədə saxlanıldı

Orxan Baxışlıya hökm oxundu: 6 il

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!