Səlim Müslümovun vəzifədən çıxarılmasından prezidentin xəbəri olmayıb?- Ənvər Seyidəliyevdən sərsəm açıqlama

Şrift : |
Tarix :23-09-2018, 22:43
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 81 dəfə
Like :
Like :

    Məlum olduğu kimi Fizuli Ələkbərov 2013-cü ildə keçirilən prezident seçkilərindən sonra vəzifədən kənarlaşdırıldı. Həmin posta dərhal Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov təyin olundu. Müəyyən insanlar bu sahədə müsbət dəyişikliklərin olacağını düşünürdü.

    Ancaq qısa müddət sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziriliyində rüşvət və korrupsiyanın daha da artdığını, insanlara ciddi problemlərin yarandığını gördük. Səlim Müslümovun vaxtında aztəminatlı ailələrə verilməsi nəzərdə tutulan ünvanlı sosial tardımların verilməsində şərtlər daha da sərtləşdirildi. Bir sözlə Səlim Müslümov öz vəzifəsinin öhtəsindən laiqincə gələ bilmədi. Başqa sözlə desək onun dövründə aztəminatlı ailələrin durumunu ağırlaşdıran bir çox işlər görüldü. Nəhayət sonuncu prezident seçiklərindən sonra Səlim Müslümov da işini itirdi. Bunun detalları barədə növbəti yazılarımızda ətraflı məlumat verməyə çalışacağıq.

    Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin ən yaxın qohumunun işdən çıxarılmasına münasibət bildirmişdi.

    7GUN.az-a daxil olan məlumata görə Ənvər Seyidəliyev yaxın ətrafı ilə qapalı toplantı keçirərək, Səlim Müslümovun işdən çıxarılmasından prezidentin xəbəri olmadığını, yaxın vaxtlarda onun daha da yüksək posta gətiriləcəyini deyib: " İstərdim ki, sizdə biləsiz ki, Səlim Müslümovun "vurulmasından" prezidentin xəbəri yoxdur. Səlim Müslümov quruplaşmalar arasında gedən oyunun qurbanı olub"- deyə Ənvər Seyidəliyev bildirib.

    7GUN.az-a məlumat verən mənbə Ənvər Seyidəliyevin həmin toplantıda əsl düşmənlərinin adını açıq-aşkar bildirib. Müəyyən araşdırmalardan sonra həmin adamın kimliyi barədə məlumat verəcəyik.

    Qeyd edək ki, Ənvər Seyidəliyevin sözlərinə rəğmən bütün nazirləri şəxsən prezident vəzifəyə təyin edir və vəzifədən çıxardır.

    Əldə etdiyimiz məlumata görə, Səlim Müslümov Türkiyədə olan mülklərindən yalnız üçünü ümumilikdə 150 molyon dollara satışa çıxarıb.

    Simuzər


Xəbər lenti

Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Masallı sakini: "Əsgərlikdə xəstəlik tapdım, pensiya ala bilmirəm"

Hakimiyyət Badamdar qəsəbəsində sürüşmə zonasında evləri sökməyə hazırlaşır

Cahangir Hacıyev Dünyamin Xəlilovla birlikdə məhkəmə qarşısına çıxarılacaq

Baş həkim Cəlil Nəzərov oğurluq da edir?!

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!