Siyasi məhbus doğum gününü "kars"- da keçirir


"Mübariz, ləyaqətli, dürüst insanları şərləyib həbs edənlər bununla kifayətlənməyib onları həbsxanada da "həbs edirlər", "kars"-a salırlar".

Bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gulaliyev öz feysbuk səhifəsində yazıb. 7GUN.az həmin yazını olduğu kimi təqdim edir :

"Qanunsuz həbs həyatı yaşayan siyasi məhbus Ahsan Nuruzadenin bu gün doğum günüdür. O doğum gününü "kars"- da keçirir. Mübariz, ləyaqətli, dürüst insanları şərləyib həbs edənlər bununla kifayətlənməyib onları həbsxanada da "həbs edirlər", "kars"-a salırlar.

Ahsan Nuruzade tanıdığım insanlar içində imanlı, əxlaqlı, dürüstlüyü, vətənpərvərliyi ilə həmişə seçilib. Məhz bu xüsusiyyətlərinə görə də o şərlənib həbs olunub. Çünki hakimiyyətə ləyaqətli, dürüst insanlar deyil, saxtakar, yaltaq və rüşvətxor adamlar lazımdır. Amma inanıram ki, haqq- ədalət öz yerini tapacaq. Hamı layiq olduğu yerini bulacaq, qiymətini alacaq.

Əhsən Nuruzadəni doğum günü münasibəti ilə təbrik edirəm! İnanıram ki, onun və bizim uğrunda mübarizə apardığımız ideyalar mütləq qalib gələcək. O gün uzaqda deyil!".

23-09-2018, 22:45