"Hell" içkisi Qazax rayonunda ölümə səbəb oldu


Qazax rayon Kosalar kənd sakini 35 yaşlı Hüseynov Məhəmməd Həsən oğlu "Hell" içkisindən zəhərlənərək dünyasını dəyişib.

Rayondan 7GUN.az-a verilən məlumata görə, Məhəmməd Hüseynov "Hell" içkisi içdikdən sonra halı qəfl pisləşib. O, dərhal Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zəhərlənmə qanına keçdiyi üçün onu Gəncədəki xəstəxanaya göndəriblər. Xəstə yolda dünyasını dəyişib.

Bu məlumat "Hell" içkisi barədə ətraflı araşdırmanı zəruri edir. Məhz buna görə də 7GUN.az yaxın günlərdə sözügedən içki ilə bağlı bilmədiklərinizi diqqətinizə çatdıracaq.

26-09-2018