BÖLMƏLƏR


«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Tanınmış jurnalist öldürülüb

54
  • + A
  • - A
  • Tanınmış jurnalist öldürülüb
    7GUN.az xəbər verir ki, Amerikanın Səsinin rus xidməti Ukrayna Radasının deputatı Bladimir Aryevə istinadən Kiyevdə naməlum şəxslərin tanınmış rus jurnalist və müxalif fəal Arkadi Babçenkonu güllələyərək öldürdüyü haqda məlumat verib.

    Babçenko son illər Ukrayna paytaxtında yaşayırdı.

    Verilən xəbərlərə görə, jurnalistə öz mənzilinin yerləşdiyi binada olarkən hücum edilib. Həyat yoldaşı onu qana bələnmiş halda pilləkənlərin üzərində tapdığını bildirib.

    Arkadi Babçenko xəstəxanaya aparılarkən yolda keçinib.

    Ona qarşı qəsd haqda ilk olaraq məlumatı Kiyevdə jurnalist Ayder Mujdabayev sosial şəbəkələrdə məlumat verib.

    41 yaşlı Babçenko Rusiyada müharibə müxbiri qismində işləyib. O, vətənini həyatı üçün qorxduğuna görə tərk etmişdi.

    ATƏT-in media azadlıqları üzrə nümayəndəsi Harlem Desir hücumdan dəhşətə gəldiyini deyərək Ukrayna rəsmilərini Babçenkonn qətlini "tam araşdırmağa" çağırıb. /Amerikaninsesi.org/