Cavid Şirəliyev barəsində deyilən böhtanlara cavab verdi

Şrift : |
Tarix :28-10-2018, 06:22
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 175 dəfə
Like :
Like :

    Son günlər ölkədə repressiyaların yeni dalğası başlayıb. İctimai fəallar oğurlanıb həbs olunur, həbsdə olan siyasi məhbuslara təzyiqlər göstərilir. Siyasi məhbusları müdafiə edən şəxslər və təşkilatlar hədəfə alınır. Çox maraqlıdır ki, adını “müxalifətçi”, “müstəqil” qoyan bəzi şəxslər bu repressiyalara qarşı çıxmaq əvəzinə, baş verənlərə etiraz edən bizləri hədəfə alıblar. Məqsədli və məkrli şəkildə son günlər adımın hallanması, guya mənim vasitəmlə “Rüfət Səfərovun öldürülməsi” nağılına, cəfəngiyyatına aydınlıq gətirmək istəyirəm.

    Mən 2008- ci ildə polis orqanlarında baş verən qanunsuzluqlara etiraz əlaməti olaraq istefa verib ordan uzaqlaşmışam. 7GUN.az saytı yaradaraq jurnalist fəaliyyətinə başlamışam. Ölkədə dözülməz vəziyyəti, məmur özbaşınalığını rəhbəri olduğum saytda müəllif yazıları ilə kəskin tənqid etdiyimə görə 2014- cü ilin 30 avqust ayında şərlənib həbs olunmuşam. Qanunsuz olaraq 1 ay “bandotdel”- də saxlanmışam. Döyülüb təhqir olunmuşam. Ağır işgəncələrə məruz qalmışam. Etirafedici ifadə vermədiyimə görə hər iki ayağımın baş barmaqları çıxarılıb. Tanımadığım şəxslər üzümə qoyularaq siyasi sifarişlə 5 il həbs cəzası aldım.
    Həbsdə olduğum müddətdə 4 Cəzaçəkmə Müəssisəsində olmuşam. Haqsız yerə 3 il 8 ay cəza çəkmişəm. 9 saylı CÇM- də olarkən azadlıqda olan yaxın bir dostumuz məni Rüfət Səfərovla tanış edərək ona dəstək olmamı xahiş etdi. Mən də o gündən Rüfət bəylə 6 ay bir yerdə olub ona əlimdən gələn dəstəyi göstərmişəm. Qarşılıqlı normal münasibətimiz olub. 22 avqustda 9 saylı CÇM- də dustaqlara qarşı baş verən qanunsuzluqlara Rüfət bəylə bir yerdə etiraz edib aclıq aksiyasına başladıq. Bizim hər ikimizi ayrı- ayrılıqda vəhşicəsinə döyüb “kars”-a saldılar. Döyülmə nəticəsində mənim 3 dişim və burnum sındı. Aldığım işgəncə nəticəsində səhhətimdə yaranan ciddi problemə görə Müalicə Müəssisəsinə göndərildim. Müalicə olunarkən öyrəndim ki, mənim adımdan Rüfət Səfərovun əleyhinə saxta izahat yazıblar. Mən dərhal bu saxtakarlığla bağlı Baş prokurorluğa və məhkəməyə müraciət etdim (Bu barədə məktubun surətini və göndərilməyə dair qəbzi saxlayıram). Məsələni ictimailəşdirdim (http://gozetci.az/article/index/7975). Təəssüflər olsun ki, Azərbaycan reallığına uyğun olaraq şikayətim bu günə qədər araşdırılmayıb.

    Cavid Şirəliyev barəsində deyilən böhtanlara cavab verdi
    Cavid Şirəliyev barəsində deyilən böhtanlara cavab verdi


























































    Həmin hadisənin üstündən 1 ildən artıq vaxt keçəndən sonra iddia etməyə başlayıblar ki, guya hakimiyyət mənim vasitəmlə Rüfət Səfərovu “öldürmək” istəyib (!?). Guya mən Rüfət bəyin əleyhinə izahat yazmışam və ona görə azadlığa buraxılmışam. Guya mənim izahatımdan sonra onu döyüb “kars”-a salıblar. “Sübut” kimi də hökümətin paqonlu müstəntiqinin tərtib etdiyi saxta izahatı sosial şəbəkələrdə yayıblar. Paqonlu müstəntiqlərin qərar və izahatlarına sizin kimi inansaq onda gərək Rüfət Səfərov başda olmaqla bütün siyasi məhbuslar cinayət törədiblər. Amma sizdən fərqli olaraq biz onların saxta sənədlərinə deyil, gerçəkliyə və haqqa inanırıq. Digər tərəfdən həmin saxta izahatın mənə mənsub olmasını necə müəyyən etdiniz? Nədən bu izahat 1 il sonra yada düşdü? Sabah sizinlə də bağlı oxşar izahat meydana çıxsa biz də ona inanmalıyıqmı? (Qeyd; Prokurorluğa yazdığım imzalı əl yazma məktubumu statusun altına yerləşdirirəm. Xəttimə və imzama xüsusi ilə diqqət yetirin- red. ) Digər tərəfdən biz Rüfət bəylə eyni vaxtda işgəncələrə məruz qalıb, eyni gündə “kars”-a salınmışıq. Əgər hökümətin Allah etməmiş Rüfət bəyi öldürmək planı olsaydı onu mənli də, mənsiz də edərdi. Bir az ciddi olmaq lazımdır, özünüzü gülməli vəziyyətə salmayın.

    Eyni zamanda mənim haqqımda Gəncə Apelliyasiya Məhkəməsinin qərarını Ali Məhkəmə ləğv edəndən 7 ay sonra azadlığa çıxmışam. Cəzanın ¾ hisəsini çəkəndən sonra. Tam bəraət üçün də yenidən məhkəməyə müraciət etmişəm. Onlarla siyasi məhbus məhkəmə qərarı ilə azadlığa çıxıb. Bu o deməkdir ki, onlar hakimiyyətlə razılaşıb? Cəfəng iddia və yanaşmadır. Başqalarından fərqli olaraq mən əfv ərizəsi yazmamışam və fəaliyyətimi qalan yerdən davam etdirirəm.

    Mən həbsdən çıxandan sonra 7GUN.az saytının fəaliyyətini bərpa edib siyasi məhbusların, haqqı-hüquq tapdanan şəxslərin müdafiəsi istiqamətində əlimdən gələnləri etməyə çalışıram. Bakıda yataqxanada kirayədə qalıram. Başqaları kimi 60-70 minlik cip sürüb, 500 manatlıq ofis kirayələyib, şəhərin mərkəzində yaşamıram. Mənə qarşı baş verən oyunlara gülüb keçirəm. Və bütün bunlar haqqın və haqqı- hüququ tapdananlaın yanında olduğumdan baş verir.

    Rüfət Səfərovla bağlı şəxsimə ünvanlanan ittihamlar qurama, uydurma və qərəzlidir. Heç bir əsası yoxdur. Bu dedi- qodular məni haqq bildiyim yoldan çəkindirə və mənim Rüfət bəyə münasibətimi dəyişdirə bilməz.

    Rüfət Səfərovun ətrafında bu cür ucuz şou quranlara tövsiyyəm odur ki, ciddi şəkildə onun və digər siyasi məhbusların müdafiəsi ilə məşğul olsalar daha yaxşı olardı. Əgər belə niyyətləri və iradələri varsa...

    Cavid Şirəliyev barəsində deyilən böhtanlara cavab verdi


Xəbər lenti

Fransa Dağlıq Qarabağ Respublikasını tanımır

17 noyabr Milli Dirçəliş Günüdür

Əli Kərimli və Cəmil Həsənli həbs edildi - VIDEO

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Siyasi məhbuslara işgəncə verən vəzifəli şəxlərin qara siyahısı hazırlanır

"Azərbaycanda həlli tələb olunan əsas uzunmüddətli problemlərdən biri odur ki, ölkədə əhali üzrə adambaşına düşən vəkillərin nisbəti ən aşağıdır": K.Puarel

BDU rektorunun işdən çıxarılmasının səbəbi qalmaqal salmasıdır (yenilənib)

"Sədərək" ticarət mərkəzində yanğın

Zaur Rövşənlinin apellyasiya şikayəti təmin olunmayıb

Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi başlayır

Səhiyyə nazirinin qocalar evinə atılan xalası qızı müalicə oluna bilmir

"Arada olan bu insanlar məmur adına da ləkə gətirir”- Adil Əliyev

Azərbaycan Cümhuriyyəti müvəqqəti parlaman rəisindən Ənvər paşaya məktub

"Mən Mətbuat Şurasının üzvü olmaya-olmaya bunu niyə Mətbuat Şurası araşdırmalıdır? "- Dəyanət Babayev

" Yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər" Arif Hacılı

Gözəl Bayramlının cəzası 2 ay azaldılıb

Təhsil ocağında öz oduna yanan direktor kimdir?

Dindar məhbus hüquqlarının bərpa edilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaq

Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşib

"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək” Elxan Şahinoğlu

Şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirilməyib

AXCP üzvlərinin həbs müddəti uzadilib

“Gilan” holdinq işçilərin əmək haqlarını ödəyə bilmir

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!