Siyasi məhbus Firudin Zeynalov məhkəmədə hakimə və rejimə meydan oxudu- Son söz

Şrift : |
Tarix :1-11-2018, 17:28
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 125 dəfə
Like :
Like :

    “Bu gün Gəncə şəhər Kəpəz rayon Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçən il Gəncədə İmamzadə ziyarətgahında keçirilən Aşura mərasimi zamanı polis əmakdaşları ilə ziyarətçilər arasında baş vermiş insidentlə bağlı təqsirləndirilən dini fəal Firudin Zeynalın CM-nın 315.2 və 221.3 maddələri ilə 3 il, digər 6 şəxsin isə eyni maddələrlə 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilmələri haqqında hökm oxundu- deyə tanınmış hüquq müdafiəçisi Oktay Gülaliyev öz feysbuk səhifəsində məlumat paylaşıb.

    7GUN.az olaraq həmin məlumatı olduğu kimi təqdim edirik: "Firudin Zeynalov hakimin heç bir sübut və əsaslar olmadan çıxartdığı hökmün diktator rejim tərəfindən sifarişli olduğunu və bəraət almaq üçün növbəti instansiya məhkənələrə müraciət edəcəyini bildirdi. O qeyd edib ki, şərlənərək həbs olunmasının səbəbi uzun illər hakimiyyətin haqsızlıqlarına qarşı mübarizə aparmasından irəli gəlir:

    "Mən hələ 2000-ci ildə universitetin 2- ci kursunda təhsil alarkən YAP-a üzv olmadığım və bu rejimə nifrətimi aşkar bildirdiyim üçün, eləcə də həmin illərdən üzv olmasam da bir çox müxalif partiyaların gənclər təşkilatlarının tədbirlərində və rejimin əleyhinə olan bir çox mitinqlərdə iştirak etdiyim üçün hədəfə alınmışdım. Son illər isə istər Müsəlman Birliyi Hərəkatı, istərsə də müxalif düşərgənin aksiya və tədbirlərində iştirakıma görə dəfələrlə təhdid olunmuşdum. Həbs olunduqda polis rəisi mənə açıq- aşkar məni həbs etmək üçün bəhanə yarandığını, mənim əslində baş vermiş qarşıdurmaya görə yox, müxalif düşərgənin aksiyasından çəkilmiş bir şəkilə və MBH-yə açıq dəstək verdiyimə görə həbs edildiyimi bildirdi. Həbsdə olduğum müddətdə isə həbsxanadan yazdığım Cümhuriyyət təbriki bu qəzəblərini daha da artırdığından mənə qarşı daha qərəzli mövqe nümayiş etdirəcəklərini və yeni ittihamlar verəcəklərini dilə gətirdilər...

    28 Mayda yazdığım məqalədən təxminən 1 ay sonra 3 iyulda Yunis Səfərovun Elmar Vəliyevə məlum hücumu ilə bağlı mənə 8 ağır maddə ilə cinayət işi başlandı (!?). Bu günə qədər də haqqımda verilmiş ittiham qərarında nəinki sübutlar, hətta cinayətdə hansı əməlimin olmasına dair şübhələr belə göstərilməyib. Mənə elə gəlir ki, bütün bunların səbəbləri hər kəsə gün kimi aydındı. Əminəm ki, nə vaxtsa haqq- ədalət bərqərar olacaq və haqsevər mübariz insanların əziyyətləri sayəsində bütün günahsız insanlar öz haqlarına qovuşacaqlar."

    Daha sonra Firudin Zeynalov hakimə üz tutaraq son sözlərini deyib; "Bilin ki, bir məhkəmə də Qiyamət günü olacaq. Siz orda hakim kimi yox, təqsirləndirilən şəxs olaraq yol verdiyiniz haqsızlıqların cəzasını mütləq alacaqsınız. Amma bu o demək deyil ki, biz haqsızlıqlarla mübarizəmizi dayandırıb Qiyamət gününü gözləyəcəyik. Biz sizinlə artıq elə rəftarlar edəcəyik ki, arxalandığınız məmurlar da sizi müdafiə etməkdə aciz olacaqlar. Mən sözümü dedim, indi seçim sizindir"

    Məncə şərhə ehtiyac yoxdur!

    Firudin Zeynalovun timsalında bütün siyasi məhbuslara azadlıq tələb edirik!".


Xəbər lenti

Fransa Dağlıq Qarabağ Respublikasını tanımır

17 noyabr Milli Dirçəliş Günüdür

Əli Kərimli və Cəmil Həsənli həbs edildi - VIDEO

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Siyasi məhbuslara işgəncə verən vəzifəli şəxlərin qara siyahısı hazırlanır

"Azərbaycanda həlli tələb olunan əsas uzunmüddətli problemlərdən biri odur ki, ölkədə əhali üzrə adambaşına düşən vəkillərin nisbəti ən aşağıdır": K.Puarel

BDU rektorunun işdən çıxarılmasının səbəbi qalmaqal salmasıdır (yenilənib)

"Sədərək" ticarət mərkəzində yanğın

Zaur Rövşənlinin apellyasiya şikayəti təmin olunmayıb

Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi başlayır

Səhiyyə nazirinin qocalar evinə atılan xalası qızı müalicə oluna bilmir

"Arada olan bu insanlar məmur adına da ləkə gətirir”- Adil Əliyev

Azərbaycan Cümhuriyyəti müvəqqəti parlaman rəisindən Ənvər paşaya məktub

"Mən Mətbuat Şurasının üzvü olmaya-olmaya bunu niyə Mətbuat Şurası araşdırmalıdır? "- Dəyanət Babayev

" Yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər" Arif Hacılı

Gözəl Bayramlının cəzası 2 ay azaldılıb

Təhsil ocağında öz oduna yanan direktor kimdir?

Dindar məhbus hüquqlarının bərpa edilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaq

Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşib

"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək” Elxan Şahinoğlu

Şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirilməyib

AXCP üzvlərinin həbs müddəti uzadilib

“Gilan” holdinq işçilərin əmək haqlarını ödəyə bilmir

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!