Təhsil ocağında öz oduna yanan direktor kimdir?

Şrift : |
Tarix :13-11-2018, 08:37
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 180 dəfə
Like :
Like :

    7GUN.az hüquq müdafiəçisi Taleh Xasmmәmәdovun öz şəxsi feysbuk səhifəsində paylaşdığı yazını olduğu kimi təqdim edir:


    "Son günlər bir çox saytlarda və youtube.com saytında özünü haqlı göstərməyə, şəxsi ədavəti üçün başqaları barədə əsassız ittiham və şantaj xarakterli məlumatların dərc olunmasına səy göstərən Göyçay şəhəri 5 nömrəli tam orta məktəbinin direktoru Nüşabə Kazımova barədə ilginc məlumatlar əldə edilib. Şikayətdən əvvəl onun barədə şəxsi fikirlərimi xatırlatmağı məqbul bilirəm. Beləki, hal-hazırda direktor əvəzi çalışan Nüşabə Kazımova rayonda 3-4 məşhur seçki saxtakarlarından biridir. Bu "şəxs" məntəqə seçki komissiyasının katibi olduğu müddətlərdə daima geyim və əzalarında bületenler gizlətmiş, saxta protokola imza atmış, xalqın səsini oğurlamaqda rayonda özünə Əfruzayağı imic formalaşdırmış olub. Amma bu gün o, ailəvi olaraq ortaya haqq carçısı kimi çıxıb, sanki ondan təmiz "müəllim" yoxdur deyə fikir formalaşdırır. Onun seçki saxtakarlığı bir yana...Tutaq ki, bu cür işə N. Kazımova "yuxarı" səviyyədə təsir altında qol qoyub, bəs ona digər saxtakarlıqlar üçün cəsarət və imtiyazlar verilibmi...?

    Məsələn direktor əvəzi işləyən Nüşabə Kazımova bir pillə yuxarı kürsüyə oturmaq üçün Göyçay Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovu və İcra Başçısı Mehdi Səlimzadəni şantaj və təhdid edir. Eyni zamanda o təhsildə olan 10 ilin qanunsuzluqlarını üzə çıxarmaqla yolunda əngəl ola biləcək şəxsləri bu vasitə ilə vuracağını düşünür.
    N. Kazımovanın oğlu Ramil Nəsirov 6 ay öncə öz facebook profilində belə bir statusla çıxış edib və bununla da seçdikləri hədəflərə ailəvi hücumla start verilib: "Bu gün Elnur İsmayılovu, (Təhsil şöbəsinin müdiri) Başçının (Mehdi Səlimzadənin) qohumlarını dəfn edəcəyəm. İstəməzdim kiminsə çörəyinə bais olum. Amma Elnur İsmayılovun təhsili məhv etməsi, rüşvətxorluğu, min üzlülüyü, məni vadar etdi. Məni tanıyanlar bilir ki, mən belə işlərə girdimsə kimlərsə işdən gedir. Bu gün ayın 1-dir, İnşallah may ayının 10-una kimi nələr-nələr olacaq. Bu işə əl qoydumsa Allahın köməkliyi ilə pis günə qoyacağam. Təhsil Nazirliyi ən bozbaş nazirlikdir hal-hazırda. Şikayətə baxmırlar onsuz da. Bir az səbirli olun".

    Bu yazıda Təhsil Nazirliyinin "bozbaş" olub-olmaması deyil, bir direktor oğlunun sanki, terrorist ruhunda davranması məni çox narahat edir. Verilən məlumata görə bu və digər bu kimi fikirlərin müəllifi Ramil Nəsirov FƏTÖ qruplaşmasına meyilli və davamçıdır. O təhsilini "Nurçu"lara məxsus Ağdaş Türk Ali Litseyində alıb və radikal dini təfəkkürü ilə seçilir. Məhz bu səbəbdən də son iş yerində tutduğu vəzifədən çıxarılıb.

    Şikayətlərə görə Göyçay 5 nömrəli tam orta məktəbində direktor əvəzi işləyən Nüşabə Kazımova bir neçə il əvvələ qədər mərhum həyat yoldaşı İnqilab Nəsirovun adını həmin məktəbə "ocaqçı" olaraq yazdırıb və hər ay işləmədiyi halda onun adına əmək haqqı alınıb. Deyilənlərə görə ərinin ölümündən 4 ay sonraya qədər də əmək haqqına qol çəkərək götürmüş olub. Vəzifə və imtiyazlarından istifadə edən N. Kazımova hal-hazırda qızı Nigar Musayevaya riyaziyyat fənni üzrə 18 saat dərs saatı verib. Hansı ki, onun qızı N. Musayeva "su-kanalizasiya" ixtisası üzrə 3 aylıq kurs keçib. Bundan əlavə N. Musayeva keçən il 7-ci siniflər üçün riyaziyyat, 10-cu siniflər üçün isə eyni saatda informatika dərsi keçib. Yəni formal olaraq. N. Kazımovanın gəlini Ülkər Nəsirova da qaynanasının sayəsində 18 saatlıq dərs saatı alıb. Hansı ki, həmin məktəbin əməkdar müəllimi Yasin Cəfərova 10 saat, 30 ilin müəlliməsi Rəna Cəfərovaya isə 5 saatlıq riyaziyyat təsviri dərsi verib. Amma təsviri dərs Rəna müəlliməyə yox qanuni diaqnostik imtahan vermiş müəllimə verilməli idi. Mənbə bildirir ki, bundan əlavə Nüşabə Kazımova orta məktəbi daha bir təhlükə qarşısında qoyub. O əqli qüsurlu kürəkəni Əhmədov Murad Nüsrət gecə qarovulçusu vəzifəsinə işə götürüb. Gələcəkdə hər hansı xoşagəlməz hadisələrə görə N. Kazımova heç bir məsuliyyəti dərk etmir.

    Daha dəşhşətli özbaşınalıq isə 2 gün əvvəl 12 noyabr tarixində Təhsil Şöbəsindən 5 saylı orta məktəbə ezam olunmuş komissiya ilə bağlı olub. Hələ direktor əvəzi işləyən N. Kazımova komissiya üzvlərini icra başçısı Mehdi Səlimzadənin dəstəyilə məktəbdən qovub. Sonradan məlum olub ki, N. Kazımova "Elnurun dəstəsin buradan yığışdır" ifadəsini başçını şantaj etməklə bildirib. Belə ki, bir müddət icra başçısının Bakı şəhərində yaşayan bacısı Fiyalə Məhərrəmovanın adı işləmədiyi halda həmin məktəbdə texniki işçi kimi getmiş və buna görə əmək haqqı ödənilirmiş. Bu səbəbdən də direktor "cəsarətli" addımı ilə hamıya meydan oxuyurmuş. Nüşabə Kazımovanın təhsil almayan 2 şagird barədə saxtakarlığı da ortaya çıxdıqda məlum olub ki, adı məktəbdə olub, özləri başqa yerdə yaşayan şagirdlərin valideynləri imkanlı və vəzifəli olduğundan onlar barədə də heç bir problemlə üzləşmir.

    Bax beləcə Göyçay Təhsil Şöbəsinin, İcra Hakimiyyətinin güc yetirə bilmədiyi və ya güc göstərməkdən çəkindiyi orta məktəbində analoqsuz saxtakarlıq və özbaşınalıqlar hökm sürür. Direktorun oğlu Ramil Nəsirovun "bozbaş" adlandırdığı Təhsil Nazirliyi" 5 nömrəli orta məktəb və direktor əvəzi N. Kazımova haqqında hansı qanuni tədbir görəcəksə bunu zaman göstərəcək, hələlik şikayətçilərə və bizə gözləmək düşür...".


Xəbər lenti

Hüquq müdafiəçisi KXCP üzvlərini 19 yanvar mitinqinə çağırdı

Avtomagistrallarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

“Sədr kimi vəzifədən getmişəmsə...” - Arif Alışanov

"Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb" - Q.Paşayeva

Rusiya XİN Azərbaycanla qalmaqalı qızışdırır

Ədliyyə Nazirliyində ixtisar olacaq?

Fəalların təzyiqə məruz qaldığını bildirilir

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!