AXCP sədrinin taleyi naməlum qalır


Gecəyarısınadək saxlanılanların əksəriyyəti buraxılsada Əli Kərimli və daha 7 fəalın taleyi naməlumdur.

"Səbail Polis İdarəsindən bildirdilər ki, saxlanılanlar Səbail məhkəməsinə aparılıb. Lakin məhkəmədə heç kim yoxdur. Polis idarəsinin ətrafındakı polislər hamısı dağılıb getdilər", - deyə AXCP-dən bildiriblər.

Cəmil Həsənlini polisdən buraxıblar, Əli Kərimli isə hələ oradadır (YENİLƏNİB)

Saat 23:00-a yaxın DQMŞ sədri Cəmil Həsənli Səbayel Rayon Polis İdarəsindən buraxılıb.

7GUN.az xəbər verir ki, O, Turan-ın müxbirinə bildirib ki, o və AXCP sədri Əli Kərimli polisdə onlara təklif olunan izahatnaməni yazmayıblar. "Biz onlara dedik ki, vəkillərimiz olmadan heç bir şey yazmayacağıq", -C.Həsənli qeyd edib.

Onun sözlərinə görə, əvvəlcə Ə.Kərimli ilə eyni otaqda olub. Sonra Ə.Kərimlini başqa otağa aparıblar. Onun ardınca da C.Həsənlini oraya aparıblar. Saat 22:10-da C.Həsənlini yenidən başqa otağa aparıblar və sonra buraxıblar.

C.Həsənlinin sözlərinə görə, polisdə ona qarşı münasibət normal olub.

İdarədə izahatnamə yazmaqdan imtina etdiklərinə görə hər hansı dindirmə olmayıb.

"Saat 15:00-a yaxın Şəhidlər Xiyabanında olarkən bizə bildirdilər ki, aksiya qanunsuzdur. Ancaq biz dedik ki, bu nə yürüşdür, nə aksiya. Biz bura bayrama gəlmişik, Milli Dirçəliş Günü gəlmişik ki, şəhidlərin məzarına çiçək qoyaq", - C.Həsənli bildirib.

O deyib ki, Polis İdarəsinin binası saxlanılanlarla dolu olub.

17-11-2018, 18:08