AXCP lideri Əli Kərimli azadlıqda -VIDEO


Səbail Rayon Məhkəməsi AXCP lideri Əli Kərimlinin üzərinə 2500 manat cərimə ödəmək öhdəliyi qoyaraq, onu azad edib. O, inzibati xətada - icazəsiz yürüşü təşkil etməkdə və onda iştirak etməkdə təqsirli bilinib.

Məhkəmə binasının qarşısında gözləyən yüzlərlə AXCP fəalı məhkəmədən çıxan Kərimlini gurultulu alqışlarla qarşılayıblar.

"Bizim işimiz haqq işidir, bizi qorxutmaq və Şəhidlər Xiyabanını ziyarət etməyi qadağan etmək qanunsuzdur, biz bu qadağaları qəbul etmirik və qorxmuruq", deyə Kərimli toplaşanlara xitabən bildirib.

"Mən öz Facebook səhifəmdə xalq hərəkatının başlamasının 30-cu ildönümü haqqında yazmışdım və sizi bizimlə birlikdə ölkənin müstəqilliyi uğrunda mübarizəyə başlayanların məzarlarına çiçək qoyulması mərasimində iştirak etməyə dəvət etmişdim. Çox sağ olun ki, səsimə səs verdiniz. Amma hakimiyyət bundan qorxdu və bizi həbs etmək qərarına gəldi", deyə o bildirib.

Məhkəmənin hökmünə və prosesin özünə toxunan Kərimli deyib ki, Şəhidlər Xiyabanı ziyarətinin qadağan edilməsi "xarici turistlərin buranı ziyarət etmək niyyətində olması" ilə əsaslandırılıb", deyən Kərimli bu cavabı "təhqir və axmaqlıq" adlandırıb.

"Heç kimin vətəndaşlara qəhrəmanları yad etməyi qadağan etmək haqqı yoxdur və biz bu qadağanı qəbul etmirik, lazım bildiyimiz zaman Şəhidlər Xiyabanını ziyarət edəcəyik", deyə Kərimli bildirib.

Öz növbəsində, Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, məhkəmə prosesi absurd teatrını xatırladırdı, hakim heç bir izahat vermədən Kərimlinin 2500 manat cərimə edildiyini elan edib və zaldan sözün əsl mənasında qaçıb.



AXCP lideri Əli Kərimli azadlıqda -
AXCP lideri Əli Kərimli azadlıqda -
AXCP lideri Əli Kərimli azadlıqda -
AXCP lideri Əli Kərimli azadlıqda -
AXCP lideri Əli Kərimli azadlıqda -

/Turan.az/

19-11-2018, 00:45