"Oğul, mənim baş daşımı Kəlbəcərdən alarsan..."

Şrift : |
Tarix :3-12-2018, 03:24
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 39 dəfə
Like :
Like :

    Elşən Əlisoy

    “Separatçı erməni rejimi Azərbaycanın 26-cı ildir ki, işğal altında qalan Kəlbəcər rayonunun “Drmbon” adlanmış Heyvalı kəndində yeni daş emalı zavodu açıb”.

    Saytlara baxarkən rastıma çıxan bu xəbər bir anlıq məni uzaqlara apardı. Bəbəkin kəsilən qolları, Nəsiminin soyulan dərisi, Cavad xanın qalanın divarı üzərində qalan qanlı vücudu gəldi gözümün qarşısına. Bir zaman gələcək, son nəfəsimizdə övladlarımıza : "Oğul, mənim baş daşımı Kəlbəcərdən alarsan" - deyəcəyimizi düşündüm. Gözümdən axan yaş ayıltı məni. Kimsə gəlib məni belə görməsin deyə, sildim gözümün yaşını. Ancaq həyatımıza yazılan bu məzlum qara yazını silməyi bacaracağıqmı...?

    Rasim Balayevi çöx qınadığımız günlərdə onun belə bir sözü oldu: "Mən qəhrəman deyiləm axı, qəhrəmanları oynamışam". Bəlkə də biz də heç Babəkin, Nəsiminin, Cavad xanın nəsli deyilik, sadəcə zaman-zaman bu adlardan istifadə etmək üçün rol oynamışıq.

    Biz Bakıda olan "Şuşa" restoranında qol götürüb oynayanda, içki badəsini əlimizə alıb Qarabağa şer deyəndə ermənilər Cıdır düzündə "Qarabağın azadlığı"nı qeyd edirlər. Biz Laçın adını açdığımız kafelərdə fahişəxanaya çevirəndə, ermənilər Laçında məktəblər tikib, evlər salırlar. Biz Kəlbəcəri içki məclisində oxuduğumuz mənasız şerlərlə yada salanda ermənilər Kəlbəcərdə bizə baş daşı düzəldirlər. Hara gedir axırımız?

    Bir dəfə belə bir düşüncəsizlik etdim. "Youtub" kanalında Kəlbəcərli əsirlərin görüntüsü olan videonu, bəlkə evdə kimisə tanıyarlar deyə anama göstərdim. Bayatı deyən yaşlı ananın halına dözə bilmədi anam. Ürəyi getdi. Bəlkə də ölümdən qayıtdı. Kəlbəcərdəki anamın halına dözə bilmədi qəriblikdəki anam. Mənsə o videoya sona qədər baxmışdım. Qınadım özümü, xəcalət çəkdim videoya baxa bildiyim üçün.

    Düşünürəm, bir ana söyüşünə görə adam öldürüb 10 il türmədə yatmağı bacaran Azərbaycan kişisi ana dediyi vətəni üçün öldürməyi, ölməyi niyə bacarmır. Kəlbəcərdə erməni gədəsinin ayağına sarılıb xilas uman ana bəyəm bizim üçün yaddır...? Axı nədən biz taleymizə, namusumuza biganə qalan belə bir aşağılığa çevrildik? Başa düşmürük bəyəm, Kəlbəcərdə bayatı deyən çarəsiz ananın baytası vətənin bizə qarğışıdır?
    anaaass.jpg

    Günü –gündən uzaqlaşır bizdən Kəlbəcər!
    "Oğul, mənim baş daşımı Kəlbəcərdən alarsan..."





















    Həsrət qaldığımız bulaqlarımızda kef edən, Tərtər çayının sərin sularında çimib şəkillər yayaraq poz verən ermənilər hər gün aşağılayır bizi. Biz isə işğal altında olan məsçiddə deputatımızın etdiyi “dua”nın şəkillərini paylaşırıq. Allah o duanı qəbul etməz! Vətənini, elini-obasını, qızını-gəlinini, yaşlı anasını və Allahın evini düşmənə verib qaçanların duası Allahın nəyinə gərəkdir? Allahın nəzərindən uzaq olanların duası Allah yanında keçməz!

    Bəlkə də öyrəşmişik, məzarlarımıza bir ovuc vətən torpağı tökməyə. Vətəni yadlara verib bir qarış torpaqdan təsəlli almaq bizi pis öyrədib.

    Nəisə, deyiləsi, yazılası, bəlkə də fəryad edimləsi o qədər işlərimiz var ki, hansında vətəndaş ola bilirik ki...

    Oğul düşmən çəpəridir, deyib, oğluna “neqodnu” blet alıb vətənə yararsız hala gətirənlərin məmləkəti bu olmalıdır də - deyə düşünürəm.

    Bir şeyi bilirəm ki, düşmən ayağına qapanan ananın ahı tutacaq bizi. Bəlkə də tutb da ...!


Xəbər lenti

Araşdırmaçı jurnalist həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir

"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir" Kristof Deluar

Demokratiya və Rifah Uğrunda Hərəkatın fəalı Hüseyn Məlikin şikayəti təmin edilməyib

Şəhid ailələri Toğrul Qocayevin azad edilməsini tələb edirlər

Oktay Gülalıyev:"Müalicəyə ehtiyacı olan məhbusları müalicə edin"

"Sosial mediada əxlaqa zidd məsələlər təbliğ olunur" Mübariz Qurbanlı

Baş redaktorun işi məhkəməyə göndərilib

"Şəhidlərin vərəsələrinə 11 min manat vəsaitin verilməsi zamanı ədalət prinsipi əsas olmalıdır"

"İcra hakimiyyəti heç kəsdən pul almayıb” Ş.İbadov

Mingəçevirə yeni başçı təyin edilib

Polislə insident zamanı sürücü özünü yandırmağa cəhd edib

Brakonyerlər maral vurublar

Sərhəddə narkotik qaçaqmalçıları saxlanılıb

MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!