Jurnalist Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini məhkəməyə verir

Şrift : |
Tarix :12-06-2018, 19:30
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 134 dəfə
Like :
Like :

    Jurnalist Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini məhkəməyə verir
    Bu ilin aprel ayında mülki şəxslər tərəfindən saxlanılaraq, daha sonra qeyri-qanuni olaraq Naxçıvana hərbi xidmətə aparılan Xeberman.com xəbər saytının baş redaktoru Polad Aslanov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini məhkəməyə verib.
    Bu barədə Azerbaycanrealligi.com saytına jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib: "Polad Aslanovun saglamlığında problemlər var. Bu üzdən də o, hərbi xidmətə səfərbərlik dövründə yararsız hesab olunub. Amma baş redaktoru olduğu Xeberman.com saytında bəzi məmurları sərt şəkildə təndiq etdiyi üçün jurnalisti susdurmaq üçün onu qanunsuz olaraq hərbi xidmətə aparmaq yolunu seçiblər. Bununla bağlı bir neçə dövlət qurumlarına müraciət edilsə də, hələ müsbət cavab alınmayıb." Polad Aslanovun ailəsi çıxış yolunu artıq məhkəmədə görürlər.
    Jurnalistin vəkili Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini məhkəməyə vermək üçün sənədləri hazırlayır. Gülmira xanım Azərbaycan məhkəmələrindən ədalətli qərar çıxarılacağını gözləmir, amma sona qədər mübarizə aparacaqlarını, Avropa məhkəməsinə qədər gedəcəklərini bildirərək sonunda ədalətin bərqərar olacağına ümid edir.
    Qeyd edək ki, fəaliyyətdə olan siyasi partiyalar da, yerli hüquq müdafiəçiləri də Polad Aslanovun hərbi xidmətə aparılmasını qeyri-qanuni hesab edirlər. Beynəlxalq təşklatlar və mövcud qurumlar jurnalistin indiki şəraitdə və gözlənilməz halda Naxçıvana hərbi xidmətə aparılmasını pisləyən bəyanatla çıxış etmiş və bunun ölkədə mediaya növbəti basqı halı kimi dəyərləndirmişlər.


Xəbər lenti

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Masallı sakini: "Əsgərlikdə xəstəlik tapdım, pensiya ala bilmirəm"

Hakimiyyət Badamdar qəsəbəsində sürüşmə zonasında evləri sökməyə hazırlaşır

Cahangir Hacıyev Dünyamin Xəlilovla birlikdə məhkəmə qarşısına çıxarılacaq

Baş həkim Cəlil Nəzərov oğurluq da edir?!

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!