Ənvər Seyidəliyevin qanunsuz işləri araşdırılır-VİDEO


Ağsu rayon İcra Hakimiyyətinin Başçısı Ənvər Seyidəliyev işlədiyi müddət ərzində rayondakı abadlıq və quruculuq işlərinə görə büdcədən hansısa məbləğdə vəsait almadığını, bütün işləri şəxsi vəsaiti hesabına həyata keçirtdiyini bildirir.

Belə olan halda "Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı" çərçivəsində Ağsu rayonuna ayrılan vəsaitlər kimə verilib və hara xərclənib? Bu işə görə kim cavab verməlidir? Hər bir halda bu sualların cavabı oldqca maraqlıdır.

7GUN.az-ın əldə etdiyi məlumata görə, Ənvər Seyidəliyevlə bağlı qərar verilib. Onun yaxın günlərdə vəzifədən gedəcəyi bildirilir. Məlumatda bildirilir ki, hazırda Ənvər Seyidəliyevin qanunsuz işləri onun özündən xəbərsiz araşdırılır.

Qeyd edək ki, Ənvər Seyidəliyevin adı bu günə qədər bir çox problemlərdə keçib.

Ənvər Seyidəliyev və onun oğlu Dəyanət Seyidəliyevlə bağlı 7GUN.az-a daha ciddi məlumatlar daxil olub.
Hazırda araşdırmalarımız davam edir.

Bizi izləyin!

20-12-2018