Hüquq müdafiəçiləri cəzaçəkmə yerlərində korrupsiya, işgəncə, qanunsuzluq hallarının baş verdiyini bildirirlər

Şrift : |
Tarix :26-12-2018, 19:51
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 47 dəfə
Like :
Like :

    Azərbaycanda cəzaçəkmə yerlərinin əksəriyyəti hələ sovet dövründə inşa edilmiş köhnə tikililərdir. Həmin müəssisələrdə qanunlar tam işləmir. Məhbuslara qarşı ayrı-seçkilik halları, korrupsiya faktları, qanunsuzluq və işgəncə halları baş verir. Bu barədə "Həbs yerlərində saxlanma şəraiti, Azərbaycanda siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair" hesabatda deyilir. Hesabatı bu gün Siyasi Məhbusların Müdafiə Mərkəzi (SMMM) təqdim edib.

    Bu hüquq-müdafiə təşkilatının üzvü, yazıçı Zümrüd Yağmur deyib ki, hesabatın hazırlanmasında məqsəd ictimaiyyətin diqqətini həmin müəssisələrdə baş verən işgəncə və korrupsiya faktlarına yönəltməkdir.

    O qeyd edib ki hazırda ölkədə 150-dən çox siyasi məhbus var.

    SMMM koordinatoru Oqtay Gülalıyev qeyd edib ki, hesabat məhbusların ailələri, vəkillər, beynəxalq təşkilatların sənədləri, keçmiş siyasi məhbusların söhbətləri əsasında tərtib edilib.

    Ancaq SMMM nümayəndələrinin özləri cəzaçəkmə yerlərinə getmək imkanlarından məhrum ediliblər.

    Penitensiar Xidmət məhbusların ümumi sayına, onların saxlanma xərclərinə dair məlumatları təqdim etməkdən imtina edib.

    Həbsxanalarda ümumi vəziyyət ağırdır. Adam çoxdur və həbsxanaların çoxunda məhbuslar növbə ilə yatmalı olur.

    O.Gülalıyev müsbət məqamlar sırasında yeni müəssisələrin tikintisi prosesinin başlandığını göstərib.

    Bundan əlavə, dustaqlara müntəzəm olaraq telefonla danışmaq hüququ verilib.

    Lakin həbsxana yeməyinin keyfiyyəti aşağı olaraq qalır. Baxmayaraq ki, beynəlxalq təşkilatların hesabatlarına görə, hələ 2011-ci ildə dövlət büdcəsindən gündə hər məhbusun qidalanması üçün 8 avro ayrılıb.

    Dustaqlara göstərilən tibbi xidmətin keyfiyyəti də aşağıdır.

    O.Gülalıyev diqqəti məhbuslara qarşı işgəncə hallarının yayılmasına yönəldib. Bəzi hallarda bu, ölümlə nəticələnib.

    Əsasən o 2017-ci ilin aprelində Bakı İstintaq Təcridxanasında bloger Mehman Qələndərovun və bu ilin payızında Qazax rayon sakininin yerli polisdə ölümünü göstərib.

    Çoxsaylı işgəncə faktları yerli təşkilatların hesabatlarında da öz əksini tapıb.

    SMMM işgəncələrdə əli olan 42 nəfər hüquq-mühafizə əməkdaşının soyadlarını açıqlayıb.

    O.Gülalıyev 2016-cı ilin aprel döyüşlərindən sonra casusluqda şübhəli bilinərək həbs olunmuş 8 hərbçinin işgəncədən ölməsi faktını qeyd edib. Onların bəzisini dəfn olunmaq üçün qohumlarına verməyiblər. Lakin sonradan həmin ittihamlar özz təsdiqini tapmayıb və cinayət işləri bəraətverici əsaslarla bağlanıb.

    Hesabatın təqdimatında Tərtər rayonunda həlak olan həmin hərbçilərdən birinin, Elçin Quliyevin anası danışaraq oğlunu öldürdüklərini deyib.

    Sənəddə adam oğurluğundan da danışılır. Adamların məhkəmə qərarı olmadan qanunsuz şəkildə günlərlə, hətta həftələrlə həbsdə saxlanmasına toxunulur.

    Dini fəal Əhsən Nuruzadə, fəal Fatimə Mövlamlı, Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli və digərləri ilə belə hallar baş verib.

    Korrupsiya faktlarına ayrıca bölmə həsr edilib.

    Əsasən qanunla pulsuz olması nəzərdə tutulan hüquqların və xidmətlərin "preyskurantı" göstərilir.

    Keçmiş siyasi məhbus, jurnalist Əvəz Zeynallı məhbuslara geyimin verilmədiyini qeyd edib.

    Onun sözlərinə görə, özü həbsdə olarkən ilk dəfə corabı həbsindən yarım il sonra alıb.

    Ə.Zeynallı insan hüquqlarını pozanların - təkcə sədrlik edən hakimlərin yox, həmçinin məhkəmə heyətinin digər üzvlərinin - "qara siyahı"ya daxil edilməsini təklif edib, çünki sifarişli hökmlərin çıxarılmasına görə onların hamısı məsuliyyət daşıyır.

    Hüquq müdafiəçiləri cəzaçəkmə yerlərində korrupsiya, işgəncə, qanunsuzluq hallarının baş verdiyini bildirirlər
    Hüquq müdafiəçiləri cəzaçəkmə yerlərində korrupsiya, işgəncə, qanunsuzluq hallarının baş verdiyini bildirirlər


Xəbər lenti

Hüquq müdafiəçisi KXCP üzvlərini 19 yanvar mitinqinə çağırdı

Avtomagistrallarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

“Sədr kimi vəzifədən getmişəmsə...” - Arif Alışanov

"Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb" - Q.Paşayeva

Rusiya XİN Azərbaycanla qalmaqalı qızışdırır

Ədliyyə Nazirliyində ixtisar olacaq?

Fəalların təzyiqə məruz qaldığını bildirilir

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!