Ənvər Seyidəliyev Ağsu rayonunda strateji torpaq sahələrini satıb


Bir müddət öncə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu Dəyanət Seyidəliyev paytaxtda 1 milyon manat dəyərində obyekt alması barədə məlumat yayılmışdı. Məlumatda həmçinin icra başçısının oğlu həmin obyektin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi bildirilirdi.

Qeyd edək ki, bu günə qədər Ənvər Seyidəliyevin qanunsuz hərəkətlərinin araşdırılmaması rayonda sosial və iqtisadi problemlərin daha da artmasına, bu isə insanlar arasında ciddi narazılığa səbəb olub.

Məlumata görə Ənvər Seyidəliyev rayonun strateji torpaq sahələrinin müəyyən hissəsini baha qiymətə satıb. Müəyyən hissəsini isə özü və yaxın qohumları özəlləşdirib.

Bundan başqa, Ənvər Seyidəliyev bir neçə dəfə rayonun sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitin böyük hissəsini də mənimsəyib.

Ənvər Seyidəliyev və onun oğlu Dəyanət Seyidəliyevlə bağlı bir çox ilginc məlumatlar əldə etmişik. Müəyyən araşdırmalardan sonra onları da təqdim edəcəyik.

30-12-2018