Türmə işçiləri insanları soyur - qiymətlər od tutub yanır(Audio)


Bayram günlərində məhkumlarla görüş və onlara gətirilən sovqatlar çox olur. Bəzi hallarda istər məhkumlarla görüş, istərsə də onlara sovqatın verilməsində çətinliklər yaranır. Belə əlamətdar günlərdə görüşün də, sovqatın verilməsinin qiymətlərində kəskin artım müşahidə olunur. Belə olan halda məhkumları ziyarət etmək üçün gələnlər ciddi problemlərlə qarşılaşırlar. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları insanları soyur. Bütün bunlardan aidiyyəti instansiyaların da xəbəri var.

7GUN.az-ın əldə etdiyi məlumata görə bəzi cəzaçəkmə müəssisələrində bayram günlərində məhkumlarla görüşün və onlara sovqatların verilməsində qiymət artımı olub. Qiymətin baha olmasına etiraz edən valideyinlər məhkumlarla görüşə bilməyiblər. Ən əsas 1 saylı Bakı İstintaq Təcridxanasında, həmçinin 6, 10, 13 və 15 saylı Cəzaçəkmə Müəssisələrində qiymətlər çox baha olub. Yəqin ki, digər cəzaçəkmə müəssisələrində də belə olub.

Son günlər Cəzaçəkmə Müəssisələrində olan qanunsuzluqlarla bağlı ciddi məlumatlar əldə edirik. Onları tam araşdırdıqdan sonra təqdim edəcəyik.

2-01-2019, 23:05