Hell və Red Bull insanların bioloji inkişafına və fizyanomiyasına ziyan vurur ( Audio)


Azərbaycanın istehlak bazarında diqqəti çəkən "Hell" və "Redbull" alkoqolsuz içkilərinin törətdiyi fəsadların əsl mahiyyətini sadə vətəndaşlar bilmir və ya fərqinə varmırlar. Xüsusilə, yeniyetmələrin və gənclərin bir qismində bu içkiyə maraq aludəçiliyə çevrilib.

Adının açıqlamasını istəməyən xanım psixoloq 7GUN.az-ın əməkdaşı ilə söhbətində bildirdi ki, bəzi alkoqolsuz içkilər qarışıq kimyəvi tərkibə malikdir. "Hell" və "Redbull" kimi içkilər istehlak bazarında daha çox satılmasına baxmayaraq, onların gənclərin və yeniyetmələrin bioloji inkişafına və fizyanomiyasına vurduğu ziyanı hesablamaq üçün xüsusi laboratoriyalarda biokimyəvi analizlər aparılıb nəticələri ictimaiyyətə çatdırılmalıdır.

Xüsusilə, "Hell" və "Redbull" istifadə edənlərdə asılılıq psixologiyası yaradır, yeniyetmələrdə fobiya təzahürləri aşkarlanır. Avropada bu tipli alkoqolsuz içkilərdən istifadə edənlərin sayı azaldığı halda, reklam bazarına daha çox meyilli olan MDB məkanında, xüsusilə, Azərbaycanda daha çox qazanc götürmək istəyən işbazlar oliqarxların himayəsi altında insabların genefonduna ziyan vurma qabliyyətinə malik olan alkoqolsuz içkilərin satışına maraq göstərirlər.

Mövzuya qayıdacağıq.

3-01-2019, 00:59