Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq tələbi ilə aclıq aksiyası davam edir


Müsavat Partiyasının qərargahında Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq tələbi ilə aclıq aksiyası davam edir.

Aksiya iştirakçılarından biri Tofiq Yaqublu Turan-a bildirib ki, aclığın ilk günündən hakimiyyət Müsavat Partiyasının ofisi üçün problemlər yaratmağa başlayıb. "Dünən gecədən işıqları söndürüblər, bu səbəbdən otaq soyuyub. Mobil telefonlar sönmək üzrədir. Amma aksiya davam edir", - o bildirib.

Onun sözlərinə görə, dünən axşam Fatimə Mövlamlının səhhəti pisləşib. Başgicəllənmə əmələ gəlib, təcili yardım çağırıblar. Həkimlər aclıq edənlərin hamısının təzyiqini ölçüblər. F.Mövlamlının durumu yaxşılaşandan sonra həkimlər gediblər.

Hazırda T.Yaqublu ilə yanaşı daha 6 nəfər aclığı davam etdirir. Onların arasında aclığa yanvarın 2-də başlamış Tofiq Məmmədov, aksiyaya yanvarın 6-da qoşulan Fatimə Mövlamlı, Elşad İsrafilov, Yaşar Ferazi, Fuad Rəhimli və Leyla Babayeva var.

Rəsmi orqanlar hələlik aclıq aksiyasına reaksiya verməyiblər.

7-01-2019, 23:16